main-post-cover

    Taksi servisi Lyft daha 500 milyon dollar investisiya aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.11.2017
    Farid Pardashunas
    Oktyabr ayında “Google”un sahibi “Alphabet” şirkəti artıq bu taksi servisinə 1 milyard dollar investisiya yatırmışdı.
    Lakin indi Lyft daha 500 milyon dollar investisiya cəlb edib. Bu barədə Axios saytı xəbər verib. Servis təmsilçisi həmçinin bu investisiya vəsaitinin cəlb edilməsini təsdiq edib. Müqavilə hələ bağlanmayıb. Lakin bu investisiya Oktyabr ayında “Alphabet”in CapitalG adlı fondu və digər investorlar tərəfindən yatırılmış 1 milyard dollar investisiya raundunun davamı olacaq. Bu əlavə investisiya raunduna da CapitalG fondu başçılıq edəcək. Yeni investisiya sayəsində Lyft-in dəyəri 11 milyard dollardan 11.5 milyard dollara yüksələcək. Qeyd etmək lazımdır ki, bu ilin Aprel ayında taksi servisinin dəyəri 7.5 milyard dollar dəyərində qiymətləndirilirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər