'Technote Event'in ilk 'meetup'ı Blockchain mövzusunda baş tutdu. Növbəti görüş hansı mövzuda olacaq?

'Technote Event'in ilk 'meetup'ı Blockchain mövzusunda baş tutdu. Növbəti görüş hansı mövzuda olacaq?

26.07.2017 PAYLAŞIM

Technote Event təşkilatçılığı ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində "Blockchain for Startups" mövzusunda 45 nəfərin iştirakı ilə görüş baş tutub. Moderator Orxan Əhmədin idarəetməsi ilə blockchain texnologiyası, kriptovalyutalar, ICO və startapların ICO-dan necə istifadə etməsi haqqında müzakirələr aparılıb. 70 nəfərin qeydiyyatdan keçdiyi görüşə 45 seçilmiş iştirakçı dəvət alıb.Görüşə, dövlət qurumları, müxtəlif bankların nümayəndələri ilə yanaşı bu sahənin mütəxəssisləri də qatılıb. 2 saat davam edən müzakirə formatlı görüşdə əsasən Blockchain texnologiyası haqqında ümumi mövzulardan danışıldı. Daha çox məlumat və informasiya xarakterli olan bu görüş, ekosistemdə bu sahənin insanlarının tanışlığına vəsilə olmaq məqsədi güdürdü. Technote Event hal hazırda növbəti Blockchain mövzulu tədbirlərdə daha spesifik mövzuları əhatə etməyi planlaşdırır.

Növbəti Technote Event göürüşü isə "Fintech" mövzusunda spesifik bir görüşlə Avqust ayında baş tutacaq. Tədbirdə iştirakı qaçırmamaq üçün event səhifəmizi izləməyi unutmayın.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×