'Techstar Baku Startup Weekend Bakı 2017'nin qalibləri məlum oldu

23.11.2017 0 PAYLAŞIM 1209 OXUNMA

    İnidiyədək dünyanın 150 ölkəsində baş tutan qlobal startap həftəsinə bu il Bakı - 17 Noyabr tarixində  yenidən qoşuldu.17-19 Noyabr tarixlərini əhatə edən "Baku Startup Weekend" tədbirinin ilk günündə təşkilatçılar ilk öncə tədbirin gedişatı və qaydaları haqqında iştirakçılara məlumat verib.

    Bu il "Startup Weekend"in mövzusu, fintech-maliyyə texnologiyaları sahəsinə həsr edildiyindən, "hackaton"da ilkin təqdimatlar bu istiqaməti əhatə etmişdir. Təqdimatlar zamanı kredit, xərclər, ödəmə və digər maliyyə məsələlərini əhatə edən problemlərin elekronlaşdırılıb, optimallaşdırmasına dair 10-dan artıq ideya səslənmiş və bundan sonrakı 45 dəqiqə ərzində səsvermə nəticəsində komandalar formalaşmışdır. 3 günlük tədbirin növbəti günləri üçün komandalara, mentorlarla ideyadan - yekun məhsulun hazırlanmasını prosesinə dair konsultasiyalar və məhsulun biznes qabiliyyətini ölçən son təqdimatlarını etmək nəzərdə tutulmuşdu.

Yarışda iştirak haqqı qazanmış komandaları sizlərə təqdim edirik:

Credo

Lendazi

Helpwallet

Alot Scredit

    Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan "Baku Startup weeekend" tədbirində komandaların 54 saat ərzində yeni məhsul hazırlamasını özündə ehtiva edən yarışmadır. Beləliklə, 20-dən artıq gənc proqramçının və yekun 5 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli olmuşdur:

1-ci yerin sahibi – “Alot” startApı keçmiş post-sovet məkanında, eləcə də Azərbaycanda çox yayılmış lotereya oyunun onlayn versiyasıdır.

2-ci və 3-cü yerləri öz aralarında məhsulların kreditinin optimallaşdırmasına dair olan Credo Scredit- banklar və kredit götürən arasında məlumatların elektonlaşdırma layihəsi bölüşmüşdür.

Sonda yarışın qalibləri müxtəlif dəyərli hədiyyələrlə təltif olunmuşdur.

    Onu da qey etmək lazımdır ki, 2007-ci ildən başlayan və dünyanın müxtəlif ölkələrində 2000-dən artıq uğurlu şirkət fəaliyyəti yaratmış "Global Startup Weekend" tədbirini bu il "Techstars" öz üzərinə götürmüşdür. Yerli səviyyədə "Baku Startup Weekend 2017"i, Next Step Innovation Center, Sup Accelarator, Khazar Ventures, Sabah, Technote, Tandem, ATL, Pizza-Mizza və digər şirkətlər dəstəkləmişdir.


© Günay Muxtar