main-post-cover

    'Techstars Startup Weekend' Bakıda! Qeydiyyat başladı

    02.11.2017
    Farid Pardashunas
        Tədbir, 19-21 Noyabr tarixləri arasında keçiriləcək. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanan ideyalar ilə sahibkarlar, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyyəti qarşısında təqdimat edəcəklər.
        Tədbirdə qoyulan əsas tələb, bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər. "Baku Startup Weekend" tədbiri müstəqil mütəxəsislər və "Startup Weekend Global" forumu tərəfindən təşkil edilir.
    "Startup Weekend" Formatı.
    Təqdimat — Səsvermə — Komanda Formalaşdırmaq — Fikir mübadiləsi — Minimal işləyən məhsul (MVP)
        Təqdimatlar, tədbirdə komandanızı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. 60 saniyə ərzində özünüzü təqdim etməli, həll etdiyiniz məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləriniz barədə məlumat verməlisiniz. Vaxtınız bitdikdən sonra siz yerinizə dönməlisiniz və digər iştirakçıların təqdimatlarını izləməlisiniz. Unutmayın ki, hər şeydən əvvəl iştirakçılar, vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatları diqqətli dinləməli, sizi maraqlandıran insanlar və fikirlər haqda qeydlər aparmalısınız.
         Təqdimatlar bitdikdən sonra, iştirakçılarla ünsiyyət qurmaq ücün 45 dəqiqə verilir. Diqqətinizi çəkən insanlar və ideyalar haqda daha çox öyrənib, komanda qurmaq üçün sizə uyğun olan komandanızı tamamlayacaq iştirakçıları tapmağa çalışmaq vacib şərtdir.
         Yaxşı komanda — məhsulu işləyib hazırlaya bilən, istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır.
    Yarış barədə ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz. 
    İştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.
         "Startup Weekend 2007"ci ildən başlayaraq 150-dən çox ölkədə keçirilmiş və bu yarışa ümumi olaraq 200.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 2000-dən artıq şirkət yaranmış və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər