Logo
    main-post-cover

    'Tencent' şirkəti Çinin elektromobil startapı Nio-ya 1 milyard dollar investisiya yatırdı

    Startup və Biznes
    10.11.2017
    Emil
    Çinin ən böyük internet provayder şirkəti olan “Tencent” elektromobil istehsalı ilə məşğul olan Nio adlı startapa 1 milyard dollar investisiya yatıraraq onun ən böyük investoru oldu.
    Qeyd etmək lazımdır ki, “Tencent” həmdə “Tesla” şirkətinin investorudur. 2014-cü ildə sahibkar William Li tərəfindən təsis edilmiş “Nio” şirkəti ilk öncə NextEV adlanırdı və Hillhouse Capital Group, Sequoia Capital kimi özəl investorların diqqətlərini cəlb etmişdi. Yaz fəslində o, 2018-ci ildə ilk elektromobili satışa çıxararaq bir çox yerli istehsalçıları geridə qoymağı söz vermişdi. Bununla yanaşı digərlərindən fərqli olaraq o, elektromobili sıfırdan yığacaqdı.

    Digər şirkətlər isə adətən yanacaq mühərriki ilə çalışan modelləri elektrik versiyaya çevirirlər. Şirkətin Nio ES8 adlı ilk elektromobili Dekabr ayının ortası üçün hazır olacaq və Li-nin sözlərinə əsasən daha aşağı qiymət göstəricisində Tesla Model X-dən çox funksiyaya sahib olacaq. Li “Tesla”nı öz əsas rəqibi hesab edir və 2020-ci ildə ABŞ bazarına avtopilot sistemli elektromobillərin çıxarılmasını planlaşdırır.
    Marketinq üzrə tədqiqatlarda isə “Nio”ya Çinin böyük avtomobil istehsalçısı “Chongqing Changan Automobile” şirkəti yardımçı olacaq. “Tencent” şirkətindən başqa investorlar siyahısında həmçinin ABŞ-ın Lone Pine Capital fondu, Çinin CITIC Capital adlı investisiya firması və Şotlandiyadan olan fond meneceri Baillie Gifford da var. 
    Paylaş
    Bənzər xəbərlər