Tesla elektromobillərini artıq bitcoinlə almaq mümkündür

Tesla elektromobillərini artıq bitcoinlə almaq mümkündür

Startup və Biznes
25.03.2021 PAYLAŞIM

    Elon Musk öz Twitter hesabında Tesla elektromobillərini artıq bitcoin ilə almaq imkanının işə salındığını elan edib. Qeyd etmək lazımdır ki, Tesla elektromobillərinin bitcoin vasitəsilə alınmasının mümkünlüyü hələ keçən ay anons edilmişdi. Musk-ın sözlərinə əsasən bitcoin ilə ödənişlərin qəbul olunması məsələsində Tesla şirkəti yalnız öz daxilində yaradılmış proqram təminatından istifadə edəcək. Bundan əlavə olaraq şirkət blockchain şəbəkəsi ilə əlaqəli və açıq mənbəli koda sahib olacaq software-dən istifadə edəcək.


    Analitiklərin fikirlərinə əsasən Tesla sonrakı mərhələdə əldə olunmuş bitcoinləri dollara konvertasiya etməyəcək. Qeyd etmək lazımdır ki, 1 ay bundan öncə şirkət 1.5 milyard dollar dəyərində bitcoin əldə etmişdi. Həmin vaxtdan bu məşhur kriptovalyutanın dəyəri 40% yüksəlib. Güman olunur ki, bitcoin vasitəsilə ödənişlərin qəbul edilməsi öz növbəsində şirkətə alıcı kütləsini genişləndirmək imkanını verəcək. Hal hazırda yalnız amerikalılar bitcoin vasitəsilə Tesla elektromobillərini əldə edə bilərlər. Yaxın gələcəkdə şirkət bu cür imkanı digər ölkələrin vətəndaşlarına da təqdim etməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.


Blue Origin şirkəti NASA-ya qarşı qaldırmış olduğu məhkəmə iddiasını uduzub..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti NASA-ya qarşı məhkəmə prosesini uduzub.


Xiaomi növbəti 3 il ərzində smartfon bazarının lideri olmağı hədəfləyib..

ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti smartfon bazarında öz mövqeyini itirməyə başlayandan sonra ..


Facebook şirkəti yeni adını təqdim edib

Facebook rəsmi şəkildə elan edib ki, bundan sonra şirkət Meta adlanacaq.

×