Tesla Energy şirkəti hər il milyardlarla dollar gəlir əldə etmə potensialına doğru gedir

Tesla Energy şirkəti hər il milyardlarla dollar gəlir əldə etmə potensialına doğru gedir

Startup və Biznes
22.09.2020 PAYLAŞIM

    Piper Sandler investisiya bankının analitiklərinin fikirlərinə əsasən enerjinin saxlanması üzrə stasionar sistemlərin istehsalı və quraşdırılması ilə məşğul olan Tesla Energy şirkəti 2033-cü ilə kimi hər il 200 milyard dollar gəlir əldə edəcək və dünyanın energetika bazarında lider mövqelərdən birinə sahib olacaq. İnvestisiya bankının aparıcı analitiki olan Alexander Potter, Tesla Energy-nin gözlənilən uğurunu 2 faktor ilə əsaslandırır: Energetika sahəsinin ən vacib seqmentinə diqqətin ayrılması və Elon Musk-ın kompensasiyası. Bu barədə Hightech.plus saytı xəbər verib.

    “Biz, energetik məhsullara tələbatın ani yüksəlişini gözləyirik. Əsasən 2020-ci və 2030-cu illərdə. Belə ki, bərpa olunan enerji mənbələri yaxın zamanda istifadə olunan bütün elektroenerjinin 40%-ni generasiya edəcəklər” - deyə Piper Sandler bankının təmsilçiləri qeyd ediblər. Tesla Energy çox nadir hallarda analitiklərin proqnozlarında ortaya çıxır. Lakin Piper Sandler bankının fikrincə bu cür davranış yanlışdır. Bununla yanaşı mütəxəssislər inkişafın yüksək potensialını və Tesla-nın ümumi qiymətləndirməsinə müsbət təsiri qeyd edirlər.


2019-cu ildə Energy şöbəsi Tesla-nın əsas biznesinə 1.5 milyard dollar gəlir gətirmişdi.

    Alexander Potter-in fikrincə 2023-cü ilə kimi bu şöbə şirkətə 12.4 milyard dollar gəlir gətirəcək. Daha sonra isə şirkət 2033-cü ilə kimi hər il öz gəlirini 200 milyard dollara yüksəldəcək. Son proqnozlar Elon Musk-ın perspektivli planları ilə üst-üstə düşürlər. Hələ bir neçə müddət bundan öncə o qeyd etmişdi ki, Tesla Energy gəlirli biznesə çevrilib və gələcəkdə gəlir baxımından hətta Tesla-nın avtomobil biznesini də keçə bilər. Almaniyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Tesla Energy Avropanın energetik bazarına və əsasən də Almaniya bazarına öz diqqətini yönəldib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..


Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

'Technovate Investments' vençur və ya 'startup studio' modeli ilə işləyir. Bu startaplar ilə işləyə..

×