
'Tesla'nın 'rəqibi' iflasın astanasındadır
Startup və Biznes
15.11.2017
Emil
“Faraday Future” adlı startap kütləvi informasiya vasitələrində “Tesla” şirkətinin əsl rəqibi kimi təqdim olunurdu.
Bu şirkət elektromobil bazarını
tamamilə dəyişməyi və Elon Musk-ın şirkəti ilə rəqabət aparmağı planlaşdırırdı.
Lakin sonradan şirkət ciddi maliyyə və şirkət daxilində idarəetmə problemləri
ilə qarşılaşdı. Hal hazırda isə bu startap iflasın astanasındadır. Bu barədə
Electrek saytı xəbər verib. Hələ bu ilin May ayında sözügedən startap “Tesla”
şirkətinin 10-a yaxın işçisini öz tərəfinə çəkmişdi. Bununla yanaşı startap 1
milyard dollar investisiyanın cəlb olunacağını söz vermişdi. Bu cür böyük
miqdarda investisiya, 1500-ə yaxın işçi və eyni zamanda bir neçə istehsalat
mühitinin yaradılması həqiqətən də bir çoxlarını inandırmışdı ki, bu layihə “Tesla”nın
potensial rəqibi olacaq.

Lakin bir neçə müddət bundan öncə məlum oldu ki, şirkətin
bir çox əməkdaşı layihəni tərk edib. Məlumata əsasən layihədən şirkətin baş
maliyyə direktoru Stefan Krause (əvvəllər “BMW” və “Deutsche Bank”da çalışıb),
baş texniki direktoru Ulrich Kranz (əvvəllər “BMW”nin elektromobil istehsalatı
şöbəsinin rəhbəri kimi çalışıb) çıxıblar. Bununla yanaşı şirkəti həmçinin tənzimlənmə
sualları ilə bağlı mütəxəssis Kevin Vincent və kompüterləşdirilmiş görmə
qabiliyyəti üzrə mütəxəssis Khalid Yousif, bir sıra menecer və mühəndislər tərk
ediblər. Bununla yanaşı startap həmçinin qalmaqal ilə də qarşılaşmışdı. Belə
ki, maliyyə direktoru Stefan Krause-un şirkətdən getməsi barədə məlumatların
ortaya çıxmasından bir qədər əvvəl şirkətin saytında ona qarşı ittihamlar
paylaşılmışdır.

Həmin ittihamlarda Stefan Krause öz vəzifəsindən suistifadə etməsi,
vəsaitlərin cəlb olunması barədə yaratdığı problemlər və qanun pozuntusu ilə
günahlandırılırdı. Təəccüblü səslənsə də şirkət bu şəxsi məhz maliyyə problemlərinin
aradan qaldırılması üçün işə götürmüşdü. O isə öz növbəsində şirkətin krizisdən
çıxması üçün bir sıra üsullar təklif etmişdi. Həmin təkliflərin arasında həmçinin
iflas məsələsinə görə ABŞ kodeksinin 11-ci maddəsi sayəsində şirkətin yenidən
qurulması da var idi. Onun bu cür üsulları isə “Faraday Future”in əsas investoru Jia
Yueting-in xoşuna gəlməmişdi.

Beləliklə Yueting “Faraday Future”in maliyyələşdirilməsini
digər elektromobil şirkətindəki problemlər ucbatından azaltmalı oldu. Söhbət “LeEco”
şirkətindən gedir. Qeyd etmək lazımdır ki, “LeEco” “Faraday Future”a
məxsus olan bir şirkətdir. Məlumata əsasən bu şirkət çox sürətlə böyüyürdü.
Lakin onun sürətlə böyüməyi artıq olan maliyyə problemlərinin artmasına gətirib
çıxartdı. “LeEco”nun vəsaitləri bitdi və investorlar öz səhmlərindən canlarını
qurtarmağa başladılar. Nəticədə şirkət Nevada ştatında elektromobil istehsalı
üçün nəzərdə tutulmuş zavodun tikintisini dayandırmalı oldu. Həmin vaxtda
Yueting şirkətdəkı rəhbərlik vəzifəsindən imtina etdi və bildirdi ki, o öz diqqətini
“Faraday Future”a yönəldib. Lakin Çinin informasiya agentliklərinin məlumatlarına
əsasən Yueting startapın iflasını elan etməyə və onu amerikalı investorlara
satmağı planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
