Tesla şirkəti 1.5 milyard dollar dəyərində bitcoin alıb

Tesla şirkəti 1.5 milyard dollar dəyərində bitcoin alıb

Startup və Biznes
09.02.2021 PAYLAŞIM

    Elektromobil istehsalı ilə məşğul olan Tesla şirkəti 1.5 milyard dollar dəyərində bitcoin aldığını elan edib. Bununla yanaşı şirkət öz məhsullarının satışı zamanı alıcılardan ödənişi bitcoin ilə əldə etməyi də söz verib. Bu rəsmi məlumatın verilməsinin fonunda bitcoinin qiyməti yüksələrək yeni rekorda imza atıb. ABŞ-ın dəyərli kağızlar üzrə komissiyası (SEC) üçün nəzərdə tutulmuş hesabatda şirkət qeyd edib ki, onun külli miqdarda bitcoin alması maliyyə siyasətindəki dəyişikliklər ilə bağlıdır. Belə ki, şirkətin maliyyə siyasətinin dəyişilməsi çərçivəsində Tesla qızıla, kriptovalyutaya və digər aktivlərə investisiya yatıracaq.

    Bundan əlavə olaraq şirkət gələcəkdə öz məhsullarının satışı zamanı alıcılardan ödənişi bitcoin vasitəsilə əldə etmək planını da açıqlayıb. Beləliklə Tesla öz avtomobillərini kriptovalyuta vasitəsilə satan ilk avtomobil istehsalçısı ola bilər. Bu rəsmi məlumatın verilməsindən sonra bitcoinin qiyməti 44.200$-a yüksəlib. Bunda əlavə olaraq şirkətin səhmlərinin qiyməti də 2% yüksəlib. Buna baxmayaraq Tesla investorlar üçün əlavə bəyanat təqdim edib və həmin bəyanatda qeyd edilib ki, kriptovalyutaların qiymətləri heç də stabil qalmırlar. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsal..

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hes..


Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. ..


Joe Biden ABŞ-da İT şirkətlərin monopoliyalarını məhdudlaşdırmaq göstərişini ver..

ABŞ prezidentinin administrasiyası iqtisadiyyatdakı rəqabəti yüksəltməyə təşviq edəcək göstərişi təq..


Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə en..

Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik k..


OnePlus şirkəti OPPO-nun sub-brendinə çevrilib

OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus şirkəti OPPO ilə daha sıx əm..


Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur.

×