Tesla şirkəti öz rəqibi Rivian startapını yenidən məhkəməyə verib: Səbəb nədir?
Tech-Biznes
Startup və Biznes
e-ticaret
24.07.2020
Farid Pardashunas
Tesla şirkəti Kaliforniya ştatının San Xose şəhərində Rivian Automotive adlı elektromobil istehsalçısına qarşı məhkəmə iddiası qaldıraraq onu kommersiya sirlərinin oğrulanmasında və Tesla əməkdaşlarını öz tərəfinə cəlb edilməsində günahlandırıb. Bu barədə Bloomberg saytı xəbər verib. Məhkəmə iddiasında qeyd edilib ki, Tesla-nın 4 nəfər keçmiş əməkdaşı Rivian-a keçən zaman şirkətin konfidensial məlumatlarını əldə ediblər.
Həmçinin bu məsələdə əlavə 2 nəfər də şübhə altındadır. Məhkəmə iddiasında Tesla qeyd edib ki, məlumatların əldə edilməsi məsələsində o, Rivian-ın birinci hədəfidir. Şirkət iddia edir ki, sözügedən startap Tesla-nın 178 nəfər keçmiş əməkdaşını özünə cəlb edib. Onların 70 nəfəri isə birbaşa Tesla-dan Rivian-a keçiblər. Rivian öz növbəsində bütün bu iddiaları təkzib edir. O qeyd edib ki, öz bütün yeni əməkdaşlarından Rivian sistemlərinə keçmiş iş yerlərinin intellektual mülkiyyəltərini inteqrasiya etməyəcəklərini tələb edir.
Rivian bildirib ki, o, Tesla-dan lider şirkət kimi heyrandır. Startapın fikrincə butün bu iddialar əsassızdır və startapın etikası ilə korporativ siyasətinə ziddir. Qeyd etmək lazımdır ki, Rivian startapı 2009-cu ildə yaradılıb. Şirkətdə 2400 nəfər insan çalışır. Bloomberg-in məlumatına əsasən startap ümumilikdə 6 milyard dollar investisiya cəlb edib və özünün ilk elektromobil modelini 2021-ci ilin ortasında istehsal etməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ