Logo
    main-post-cover

    Tesla Toyotadan fərqli olaraq öz avtomobillərindən 8 dəfə daha çox qazanc əldə edir

    Startup və Biznes
    08.11.2022
    Emil
        Tesla Yaponiyanın Toyota şirkətindən fərqli olaraq öz elektromobillərindən 8 dəfə daha çox gəlir əldə edir. Hər iki şirkətin maliyyə hesabatını analiz etmiş Nikkei saytı məhz bu cür qənaətə gəlib. Bu məsələdə Tesla-nın üstünlüyü onun elektromobillərinin marja göstəricisi ilə əlaqəlidir. Məlumatda qeyd edilib ki, Tesla özünün hər elektromobilindən 9570$ qazanc əldə edir. Toyota-nın isə hər satılmış avtomobilindən əldə etdiyi təmiz gəlir 1200$ təşkil edir. Bununla belə satılmış avtomobil sayına görə Toyota Tesla-nı 7.6 dəfə qabaqlayır. Belə ki, geridə qalmış rüb ərzində Toyota 2.62 milyon avtomobil, Tesla isə 344 000 elektromobil satıb.
        Məlumatda qeyd edilib ki, Tesla çox güman ki, öz elektromobillərinin marja dəyəri sahəsində liderlik edir və bu məsələdə hətta Mercedes-Benz şirkətini də geridə qoyur. Təmiz gəlir kimi maliyyə göstəricilərinə gəldikdə isə Tesla 2022-ci ilin üçüncü rübü üzrə 3.29 miyard dollar təmiz gəlir əldə edib. Toyota isə eyni rüb ərzində 3 milyard dollara yaxın təmiz gəlir əldə edib. Toyota-nın gəlirlərinin aşağı düşməsi öz növbəsində istehsalat üçün nəzərdə tutulmuş materialların qiymətlərinin yüksəlməsi və şirkətin öz təchizatçılarına maliyyə dəstəyi göstərməsi ilə bağlıdır. Bundan əlavə olaraq Tesla keçən rüb üzrə ən gəlirli avtomobil istehsalçılarından birinə çevrilib. Onun təmiz gəliri iyul ayından sentyabr ayına kimi düşsə də, o, bu məsələdə BMW Volkswagen kimi şirkətləri geridə qoya bilib.
    Paylaş
    Bənzər xəbərlər