
TikTok servisi IPO keçirdə və Instagram-ın təsisçisi Kevin Systrom-u özünə rəhbər seçə bilər
Startup və Biznes
18.09.2020
Emil
TikTok servisi üzərindəki intellektual mülkiyyət məsələsini həll etmək üçün ByteDance şirkəti ABŞ-ın fond birjasında servisin qlobal biznesinin IPO-nu keçirtmək qərarını verib. Bu barədə CNBC və The New York Times saytları xəbər veriblər. Oracle şirkəti öz növbəsində servisin minoritar hissəsini əldə edəcək və onun servisdəki payı 20%-dən az olmayacaq. TikTok-un ABŞ biznesinin alınması üzrə danışıqlarda iştirak edən Walmart da servisin minoritar payını əldə edəcək. Lakin Walmart-ın neçə faiz pay sahibi olacağı barəsində məlumat yoxdur.
ABŞ Prezidenti Donald Trump müqaviləni ya bugün ya da sabah təsdiqləməlidir. Bununla yanaşı TikTok servisi özünün ABŞ şöbəsinə yeni rəhbər axtarışındadır. Məlumata əsasən servis Instagram-ın təsisçisi Kevin Systrom ilə danışıqlar aparır və danışıqlar hələ ilkin mərhələdədir. Qeyd etmək lazımdır ki, TikTok-un IPO-su son illərdə texnoloji şirkətlər arasında reallaşdırılmış ən böyük IPO ola bilər. İnvestorlar servisi 50 milyard dollar dəyərində qiymətləndirirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
