main-post-cover

    TikTok-un bloklanması məsələsində bilavasitə Mark Zuckerberg iştirak etmiş ola bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.08.2020
    Emil Nəcəfov
        2019-сu ilin oktyabr ayında Facebook CEO-su Mark Zuckerberg prezident Donald Trump-a bildirmişdi ki, Çinin İT şirkətlərinin yüksəlişi ABŞ biznesinə birbaşa təhlükə göstərir. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən Mark Zuckerberg hələ 17 oktyabr tarixində Vaşinqtondakı tələbələr qarşısında çıxış edən zaman Çin biznesi tərəfindən olan təhlükəyə diqqət çəkməyə çalışıb. Öz çıxışında o bildirmişdi ki, ByteDance şirkətinə məxsus olan TikTok servisi Facebook-un fikir bildirmək müstəqilliyi məsələsinə olan baxışlarını paylaşmır və ABŞ dəyərlərinə ilə millətin texnoloji üstünlüyünə risk sərgiləyir.
        The Wall Street Journal-ın verdiyi məlumata əsasən keçən ilin oktyabr ayının sonunda Donald Trump və ABŞ qanunvericiləri ilə axşam yeməyi zamanı Mark Zuckerberg qeyd etmişdi ki, Çinin İT şirkətlərinin yüksəlişi Facebook üzərində nəzarətdən daha ciddi problemə çevrilməlidir. Bundan əlavə olaraq guya Zuckerberg, TikTok məsələsini bir sıra senator ilə də müzakirə edib. Daha sonra isə senatorlar Tom Cotton Chuck Schumer, TikTok-a qarşı istintaqa start veriblər.
        “Mark heç zaman TikTok-un bloklanması lehinə çıxış etməyib. O dəfələrlə qeyd edib ki, ABŞ-ın texnoloji şirkətlərinin ən böyük rəqibləri dəyərləri demokratik ideallara uymayan Çin şirkətləridir. Siyasətçilər tərəfindən qaldırılmış milli təhlükəsizlik məsələsinin Mark-ın çıxışları sayəsində formalaşdığını güman etmək güməli səslənərdi” - deyə Facebook təmsilçisi bildirib. Qeyd etmək lazımdır ki, bu ayın əvvəlində Donald Trump, TikTok servisinin bloklanması barəsində göstəriş verib. TikTok bloklanmadan yalnız o halda yan keçə bilər ki, onu hansısa ABŞ şirkəti alsın. Microsoft Oracle şirkətləri TikTok-un qlobal biznesinin alınması üzrə ByteDance ilə danışıqlar aparırlar.
    Linki kopyala