TikTok-un sahibi ABŞ-dakı məhkəmə prosesinin nizamlanması üçün təzminat ödəyəcək

TikTok-un sahibi ABŞ-dakı məhkəmə prosesinin nizamlanması üçün təzminat ödəyəcək

Startup və Biznes
26.02.2021 PAYLAŞIM

    TikTok servisinin sahibi olan ByteDance şirkəti ABŞ-dakı kollektiv məhkəmə ittihamının nizamlanması üçün 92 milyon dollar təzminat ödəməyə razılıq verib. Həmin məhkəmə ittihamına əsasən şirkət istifadəçi məlumatlarını yığır. Şirkət isə bu cür ittihamlarla razı olmasa da məhkəmədə iştirak etmək istəmir. Bu barədə Reuters saytı xəbər verib. Beləliklə şirkət 1 ildən çox müddət ərzində çəkmiş məhkəmə prosesini sülh ilə yekunlaşdırmaq qərarına gəlib. Tərəflər arasında razılıq TikTok-un kodunun daxili ekspertizasından sonra əldə edilib.

    Məhkəmə ittihamında qeyd edilmişdi ki, TikTok servisi istifadəçilərin cihazlarından fərdi məlumatları yığır. Bura həmçinin reklam targetinqi üçün nəzərdə tutulmuş biometrik məlumatlar da daxildir. ByteDance təmsilçiləri bildiriblər ki, onlar bu cür bəyanatlarla razı deyillər, lakin məhkəmə proseslərinə zaman ayırmaq əvəzinə TikTok istifadəçiləri arasında təhlükəsiz və maraqlı mühit yaratmaqda maraqlıdırlar. Qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında Trump administrasiyası TikTok servisinin ABŞ-da bloklanması qərarını qəbul etmişdi.


    Belə ki, ABŞ hökuməti düşünürdü ki, TikTok ölkənin milli təhlükəsizliyinə zərər yetir bilər və bundan əlavə olaraq o, amerikalı istifadəçilərin fərdi məlumatlarını Çinin dövlət orqanlarına ötürə bilər. Nəticədə ByteDance servisin ABŞ biznesini Oracle Walmart şirkətlərinə satmaq qərarına gəlmişdi. Lakin bu ay məlum oldu ki, ByteDance bu fikirdən imtina edib. Şirkət təmsilçiləri qeyd ediblər ki, Donald Trump-ın prezident vəzifəsindən getməsindən sonra biznesin ABŞ şirkətlərinə satılmasının bir mənası qalmayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-ın bazar dəyəri IPO nəticəsində Whatsapp-dan daha yüksək ola bilər..

Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir.


Microsoft Siri-nin yaradılmasında rol oynamış Nuance adlı şirkəti 19.7 milyard d..

Microsoft rəsmi şəkildə Nuance Communications şirkətini aldığını elan edib.


Çin hökuməti Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib..

Çinin antimonopoliya təşkilatı Alibaba şirkətini 2.8 milyard dollar dəyərində cərimələyib. Bunun əsa..


Yerli startup WHELP 'Techstars Toronto 2021' proqramına vəsiqə qazanıb

2017-ci ildən fəaliyyətə başlayan Whelp startup-ı “Techstars Toronto 2021” proqramına vəsiqə qazanıb..


Tim Cook Apple şirkətindən ayrılma barəsində danışıb

Apple şirkətinin CEO-su Tim Cook öz vəzifəsindən getmək barədə düşünür. Onun sözlərinə əsasən o, şir..


LG rəsmi şəkildə öz mobil biznesinin bağlandığını elan edib

LG Electronics şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan edib.

×