main-post-cover

    TikTok-un sahibi ByteDance şirkəti ABŞ administrasiyasını məhkəməyə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.08.2020
    Farid Pardashunas
        TikTok servisinin sahibi ByteDance şirkəti dünən ABŞ prezidentinin administrasiyasını məhkəməyə verib. Bunun əsas səbəbi isə TikTok servisinin ABŞ regionunda bloklanma qərarıdır. Məlumatda qeyd olunub ki, sözügedən servisdən 100 milyon amerikalı istifadə edir və şirkət ölkə üzrə çoxlu sayda iş yeri yaradır. Qeyd etmək lazımdır ki, bu ayın əvvəlində Donald Trump, TikTok-un bloklanması göstərişini vermişdi. ABŞ prezidenti güman edir ki, servis amerikalıların özəl məlumatlarını yığır və Çinin dövlət orqanları həmin məlumatlardan istifadə edə bilərlər.
        İlk öncə TikTok-un 15 sentyabra kimi vaxtı var idi. Həmin müddətə kimi servisi ABŞ şirkətlərindən biri alsaydı TikTok bloklanmadan yan keçəcəkdi. Lakin sonradan Trump bloklanma prosesini oktyabr ayına kimi təxirə saldı. Hal hazırda TikTok-un qlobal biznesinin alınması üzrə Microsoft Oracle şirkətləri ByteDance ilə danışıqlar aparırlar. ByteDance öz növbəsində ABŞ hökumətinin qərarlarını siyasiləşdirilmiş adlandırıb. Şirkət bildirib ki, o, amerikalı istifadəçilərin konfidensial məlumatlarını Çindən kənarda saxlayr.
        Bundan əlavə olaraq amerikalı istifadəçilərin konfidensial məlumatları TikTok-un ABŞ-dakı komandası tərəfindən moderasiya edilir. “Biz qəti olaraq ABŞ prezidenti administrasiyasının, TikTok-un milli təhlükəsizliyə təhlükə mənbəyi olduğu fikri ilə razı deyilik” - deyə ByteDance bildirib. Bununla yanaşı şirkət qeyd edib ki, o, bütün lazımi hesabatları ABŞ hökumətinə təqdim edib. Lakin prezident administrasiyası şirkətin bu səylərini rədd edib. Bu məsələdə şirkətin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmayıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər