main-post-cover

    Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.11.2021
    Farid Pardashunas
        Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qərarına gəlib. Daha sonra Jack Dorsey öz Twitter hesabında bu məlumatı təsdiqləyib. Öz Twitter hesabında Dorsey bildirib ki, hal hazırda bunun üçün ən uyğun vaxtdır. Dorsey qeyd edib ki, onun Twitter-dən ayrılmağının əsas səbəbi daha da irəli getmək vaxtının gəlib çatmasıdır. Qeyd etmək lazımdır ki, Jack Dorsey həm CEO vəzifəsindən həm də şirkətin direktorlar şurasından ayrılıb. Bundan sonra Twitter-in CEO-su vəzifəsində Parag Agrawal olacaq.
        O, Twitter-də 2011-ci ildən çalışır və 2017-ci ildən şirkətin baş texniki direktoru vəzifəsini icra edirdi. Parag Agrawal şirkətin texniki strategiyasından cavabdeh idi. Bundan əlavə olaraq o, şirkət daxilində tərtibatçılıq sahəsinin sürətləndirilməsi və machine learning texnologiyalarının təkmilləşdirilməsi işlərinə də rəhbərlik edirdi. Jack Dorsey-ə gəldikdə isə o bundan sonra əsas diqqətini Square adlı ödəniş servisinə ayıracaq. O, Square şirkətində general direktor vəzifəsində çalışır. Qeyd etmək lazımdır ki, Jack Dorsey-nin şirkətdən ayrılma elanından sonra Twitter səhmlərinin bazardakı qiymətləri 11% yüksəlib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər