
'Uber'in Çindən olan rəqibi 'Didi Chuxing' 4 milyard dollar investisiya aldı
Startup və Biznes
21.12.2017
Emil
“Uber”in Çindən olan rəqibi “Didi Chuxing” 4 milyard dollar investisiya aldı.
Şirkət əldə olunmuş vəsaitləri
süni zəka texnologiyasının inkişafına, elektronəqliyyat şəbəkəsinin
yaradılmasına, pilotsuz idarəetmə sistemlərinin yaradılmasına və digər
bazarlara çıxmaq üçün yatırmağı planlaşdırır. Yeni investisiya raundunda
iştirak etmiş investorların adları isə bildirilməyib. Techcrunch-ın verdiyi məlumata əsasən taksi şirkəti indiyənə kimi “Alibaba”, “Apple” və “Tencent” kimi şrikətlərdən
ümumilikdə 13 milyard dollar investisiya əldə edib. 4 milyard dollarlıq
investisiya nəticəsində şirkətin qiyməti 56 milyard dollara qalxıb. “Uber” isə
ortalama 68-70 milyard dollar dəyərində qiymətləndirilir. Lakin “SoftBank”ın “Uber”ə olan investisiya təklifi
şirkətin dəyərini 50 milyard dollara endirir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
