
Uber-in Cənub-Şərqi Asiyadakı rəqibi Grab, “SoftBank” və Çinin, Didi Chuxing taksi xidmətindən 2 milyard dollar investisiya almaq üçün danışıqlar aparır.
Məlumata əsasən isə maliyyələşdirmənin qiyməti 5 milyard
dollar ola bilər. Qeyd etmək lazımdır ki, telekommunikasiya nəhəngi olan “SoftBank”
hələ 2014-cü ildə Grab-a 250 milyon dollar investisiya yatırmışdı. Həmin
invetisiyadan öncə isə şirkət, Hindistandakı Ola adlı startapa 210 milyon
dollar yatırmışdı. Bundan əlavə olaraq “SoftBank”, Uber-in Braziliyadakı rəqibi
99-u da maliyyələşdirib. Beləliklə beynəlxalq avtomobil bazarı getdikcə
qızışmağa başlaytır. Keçən il Uber öz Çin payını Didi-yə satmışdı. Bir neçə gün
bundan öncə isə o, Yandex Taxi ilə birləşdiyini elan etmişdi. Uber-in, ABŞ-da hələ
də bir sıra problemlər ilə qarşılaşdığı bir vaxtda, qlobal bazarda olan rəqiblər
bundan istifadə etməyə çalışırlar. Grab təmsilçiləri isə sözügedən investisiya
ilə bağlı heç bir fikir bildirməyiblər.
Şərh yoxdur