
'Uber'in rəqibi Grab, 2 milyard dollar investisiya aldı
Startup və Biznes
24.07.2017
Emil
Grab, gözlənilən investisiyanı əldə etdi.
“Uber”in Cənub-Şərqi Asiyadakı rəqibi Grab, Didi Chuxing
taksi servisi və “Softbank”dan ümumilikdə 2 milyard dollar investisiya əldə
edib. Məlumata əsasən bu cür investisiya raundundan sonra Grab-ın dəyərləndirilməsi
6 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, bu göstərici, Grab-ın,
keçən ilin Sentyabr ayında əldə etdiyi 750 milyon dollar investisiyadan sonrakı
dəyərləndirmədən 2 dəfə böyükdür. “Biz, Didi və Softbank şirkətləri ilə olan
strateji əməkdaşlığımızı genişləndirməkdən çox sevincliyik. Biz şadıq ki, bu 2
şirkət, bizim, Cənub-Şərqi Asiyanın gələcəyi və onun bazar imkanları haqqında
müsbət fikirlərimizi bölüşürlər və Grab-ın, bazar imkanlarından yararlana biləcəyi
mövzusunda onun perspektivli yer tutmasını dəstəklədiklərinə sevinirik” – deyə
Grab-ın CEO-su Anthony Tan bildirib. Faktiki olaraq Didi və “Softbank”,
Grab-ın, Cənub-Şərqi Asiya bazarında “Uber”ə qalib gəlmək üçün bütün
imkanlarının olduğuna əmindirlər. Bu əminlik, “Uber”in, Rusiya Federasiyasındakı
biznesini “Yandex”ə satmasından sonra daha da böyüdü. Qeyd etmək lazımdır ki,
Grab, Cənub-Şərqi Asiyanın 7 ölkəsinin 36 şəhərində fəaliyyət göstərir və onun
verdiyi məlumatlara əsasən onun platformasında 1.1 milyon sürücü var. Grab-ın
xidmətləri əsasən lisenziyalaşdırılmış taksi və özəl avtomobillər vasitəsilə təqdim
olunur. Lakin bundan əlavə olaraq o, motosiklet taksi və avtobus xidmətlərini
də təklif edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
