Uçan taksi startapı Lilium, 90 milyon dollar investisiya aldı (VİDEO)
Startup və Biznes
05.09.2017
Emil
Şaquli havaya qalxma özəlliyinə sahib elektrikli uçan taksi yaradan Lilium adlı alman startapı, 90 milyon dollar investisiya cəlb edib.
İnvestisiya raundunda Çin holdinqi “Tencent”, Skype
servisinin həmtəsisçisi Niklas Zenstrom-un şirkəti “Atomico”, “Twitter”in həmtəsisçisi
Evan Williams-ın fondu Obvious Ventures və LGT adlı bank qrupu iştirak ediblər.
Toplanmış vəsaitlər, 5 nəfərlik Lilium Jet adlı reaktiv mühərrikli aerokarın
kommersiya versiyasının hazırlanmasına və şirkətin böyüdülməsinə xərclənəcək.
Qeyd etmək lazımdır ki, bu ilin Aprel ayında şirkət, iki nəfərlik Lilium Jet-in
testi keçirilmişdi. Güman olunur ki, tam enerji vasitəsilə Lilium Jet, 1 saat ərzində
havada qala biləcək və saatda 300 km sürətlə hərəkət edə biləcək. Şirkət həmin
nəqliyyat növünü aerotaksi kimi istifadəyə verməyi planlaşdırır. Onun sifarişi
isə mobil tətbiq vasitəsilə reallaşdırılacaq. İlk idarəolunan uçuşun 2019-cu
ildə, mobil tətbiq vasitəsilə sifarişin isə 2025-ci ildə reallaşdırılması
planlaşdırılır. Qeyd etmək laızmdır ki, Lilium-dan başqa uçan taksilərin
hazırlanması ilə həmçinin “Uber” və “Airbus” kimi şirkətlər də məşğul olurlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar