main-post-cover

    Uçan taksi startapı Lilium, 90 milyon dollar investisiya aldı (VİDEO)

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.09.2017
    Emil Nəcəfov

    Şaquli havaya qalxma özəlliyinə sahib elektrikli uçan taksi yaradan Lilium adlı alman startapı, 90 milyon dollar investisiya cəlb edib.

    İnvestisiya raundunda Çin holdinqi “Tencent”, Skype servisinin həmtəsisçisi Niklas Zenstrom-un şirkəti “Atomico”, “Twitter”in həmtəsisçisi Evan Williams-ın fondu Obvious VenturesLGT adlı bank qrupu iştirak ediblər. Toplanmış vəsaitlər, 5 nəfərlik Lilium Jet adlı reaktiv mühərrikli aerokarın kommersiya versiyasının hazırlanmasına və şirkətin böyüdülməsinə xərclənəcək. Qeyd etmək lazımdır ki, bu ilin Aprel ayında şirkət, iki nəfərlik Lilium Jet-in testi keçirilmişdi. Güman olunur ki, tam enerji vasitəsilə Lilium Jet, 1 saat ərzində havada qala biləcək və saatda 300 km sürətlə hərəkət edə biləcək. Şirkət həmin nəqliyyat növünü aerotaksi kimi istifadəyə verməyi planlaşdırır. Onun sifarişi isə mobil tətbiq vasitəsilə reallaşdırılacaq. İlk idarəolunan uçuşun 2019-cu ildə, mobil tətbiq vasitəsilə sifarişin isə 2025-ci ildə reallaşdırılması planlaşdırılır. Qeyd etmək laızmdır ki, Lilium-dan başqa uçan taksilərin hazırlanması ilə həmçinin “Uber” və “Airbus” kimi şirkətlər də məşğul olurlar.

    Linki kopyala