Uğurlu insanların sizə demədikləri bir şeylər var!

Uğurlu insanların sizə demədikləri bir şeylər var!

Startup və Biznes
23.10.2017 PAYLAŞIM

Uğurlu insanların ortaq bacarıqları.

Uğurlu insanların həftə sonları nələr etdikləri.


Uğurlu insanların səhərlər ilk olaraq etdikləri.

İnternet bunun kimi onlarla, hətta yüzlərlə yazı ilə doludur və hər gün bu say artmaqda davam edir. Kitablar, yazılar, sizə necə yaşamağınızı öyrədən təlimlər və bu mövzuda hazırlanmış TED müzakirələri ilə də Uğurlu insanların həyat hekayələri inanılmaz dərəcədə artır.

Sizə öz fikrimi bildirmək istəyirəm:

Mənim tanıdığım həqiqətən uğurlu insanlar bu tip yazılar yazmırlar. Onlarla bu mövzularda reportaj edildiyi zaman təbii ki bir neçə detal paylaşırlar, günü necə keçirdikləri ya da işlərini necə qaydasına qoyduqları ilə bağlı amma hamısı bu qədərdir. Onları uğura aparan bu danışdıqlarının heç biri deyil.

Uğuru gətirən şey çox daha sadədir. Bəlkə də buna görə çox vaxt gözümüzün qabağında olsa da onu görə bilmirik. Çünki hər nə qədər beynimiz, bu problemi daha qarışıq, həll edilməsi daha çətin bir hala gətirib, uğursuzluq ya da tənbəlliklərimizə bəhanə olaraq göstərmək istəsə də, əslində cavab həmişə gözümüzün qabağındadır. Bəlkə də buna görə biz bunu anlamaqdan, hərəkətə keçməkdən çəkinirik.

Cavab nədir? Bezmədən, yorulmadan, əl çəkmədən yoxlamaq. Planlamaqla günlər, aylar keçirtmək yerinə etmək, dayanmamaq, təkrar-təkrar bezmədən işləməkdir. Təkidlə etdiyi işdə daha yaxşı olmaq üçün səy göstərmək.

Uğurlu hər insan, daha az uğurlu olan hər şəxsdən daha düzgün çalışır, daha düzgün oxuyur, daha sıx insanlarla görüşür, daha yaxşısı üçün səy göstərir.

Başqa nə var? Şüur. Bu insanlar şüursuzca çalışmır, etdikləri şeylərin nəticələrini analiz edir, səhvlərindən dərs alır, daha çox yox daha ağıllı çalışır, böyük şəkili görməyə və başqlarının qura bilmədiyi əlaqələri qurmağa çalışırlar.

Kifayət deyil? Elə isə məndən sizə bir sirr daha: hər uğurlu insanın net bir uğur tərifi var. Sizin üçün uğurun tərifi nədir? Hər kəsin uğur anlayışı eyni olmaq məcburiyyətində deyil və olmamalıdır da. Bəzilərimiz üçün bu hüzur dolu bir ailə deməkdir, bəzilərimiz üçün hobbilərinə zaman ayırmaq, bəzilərimiz üçün Marsda yeni bir koloniya yaratmaq, bəzilərimiz üçün axşam ləzzətini çıxara-çıxara fransız şərabının dadına baxmaq, bəzilərimiz üçün azadlıqları və bəzilərimiz üçün də başqalarının xoşbəxtlikləridir uğur.

Buna görə də əvvəlcə sizin üçün uğurun tərifinin hansı olduğuna qərar verin, sizin üçün nələrin vacib olduğunu net olaraq təyin edin, sonra şüurlu bir formada ümidinizi itirmədən çalışın. Başqalarına baxmayın, öz ürəyinizin səsinə qulaq asın. Amma səmimi bir şəkildə onu həmsöhbətiniz olaraq qəbul edin.

Çünki uğurlu olmağınızın qarşısındakı ən böyük maneə nədir bilirsiniz? Özünüzə yalan demək. Çünki heçkim özünün zəifliklərini tamamilə qəbul edib, reallıqla üz-üzə gəlmək istəmir. Bunu bacara bilsəniz, onsuz da bir çox insandan qat-qat uğurlusunuz.

 

“Başqaları edir, çünki onlar mənim bilmədiyim şeyləri bilirlər.”

(Sən də öyrən!)

“Başqaları daha uğurludur, çünki onların ailəsi bunun üçün şərait yaradıb.”

(Tamamilə səhv məlumatdır, biraz araşdır!)

“Başqaları daha uğurludur, çünki `kruqları` yaxşıdır.”

(Sən də o `kruqu` özün üçün yarat!)

“Başqaları daha uğurludur amma mən ailəmlə daha çox vaxt keçirdiyim üçün uğurlu olmağa vaxt ayıra bilmirəm.”

(Bəlkə də, böyük ehtimalla onlar sənin yerində olmaq istərdilər.)

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin fərdi tətbiqləri öncədən iPhone-lara quraşdırmasına qadağa qoyu..

Bloomberg-in verdiyi məlumata əsasən ABŞ hökuməti Apple şirkətinə fərdi tətbiqlərə sahib smartfonlar..


MediaTek yenidən dünyanın 1 nömrəli mobil prosessor istehsalçısı statusunu əldə ..

Counterpoint Research şirkətinin analitikləri bu ilin birinci rübü ərzində smartfonlar üçün tələbatı..


Apple şirkəti kriptovalyuta üzrə mütəxəssis axtarışındadır

Apple şirkətinin maliyyə şöbəsi rəqəmsal aktivlər üzrə mütəxəssisin axtarışını elan edib...


İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib..

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə ..


Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb..

Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google S..


Elon Musk bir tweet-i ilə bitcoinin qiymətini çökdürdü

Tesla şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib...

×