
Velosiped icarəsi ilə məşğul olan Mobike adlı startap, 600 milyon dollar investisiya cəlb etdi
Startup və Biznes
17.06.2017
Emil
Çində fəaliyyət göstərən və velosiped icarəsi üzrə fəaliyyət göstərən Mobike adlı startap, 600 milyon dollar investisiya cəlb edib.
Növbəti investisiya raundunda əsas
investor qismində “Tencent
Holdings” şirkəti çıxış edib. Lakin ondan əlavə olaraq sözügedən
investisiya raundunda “Sequoia”, “TPG” və “Hillhouse Capital” şirkətləri də
iştirak ediblər. Buna baxmayaraq Mobike özünün dəyər qiymətini açıqlamayıb.
2015-ci ildə təsis edilmiş Mobike, 2016-cı ilin Aprel ayında Şanxayda öz xidmətlərini
təklif etməyə başladı. Hal hazırda bu startap, Çinin 100-ə yaxın şəhərində fəaliyyət
göstərir. Mobike-dan gün ərzində təqribən 25 km-lik yol qətt edən 100 milyon
insan istifadə edir. “Biz qlobal yayılmanı sürətləndirməyi planlaşdırırıq və
bizim əsas məqsədimiz ilin sonuna kimi 200 şəhərdə fəaliyyət göstərməkdir” – deyə
startapın CEO-su Davis Wang bildirib. Onun sözlərinə əsasən cəlb olunmuş
investisiyalar həmçinin internet əşyaları texnologiyalarına və süni zəka sahəsinin
inkişaf etdirilməsinə sərf olunacaq.
Mobike-ın əsas ideyası ondan ibarətdir
ki, velosipedlər, Çinin şəhər rayonlarında maksimal dərəcədə ucuz, yüngül və
ekoloji cəhətdən tamamilə təmiz səyahəti təmin edə bilər. Bununla yanaşı gündəlik
sayı artan smartfonlar da istifadəçilərin istənilən zaman və istənilən yerdə
velosipedlərdən istifadəsinə yardımçı olacaq. Velosipedlər üçün müəyyən daimi
yerlər təklif edən və birgə istifadəni reallaşdıran digər servislərdən fərqli
olaraq Mobike, aktiv şəkildə GPS-dən istifadə edir. Bunun sayəsində istifadəçilər
öz velosipedlərini istədikləri yerdə saxlaya bilərlər. Bundan əlavə olaraq şirkətin
hazırladığı mobil tətbiq vasitəsilə istifadəçilər QR kod vasitəsilə aktiv edilə
bilən bütün əlçatan velosipedləri tapa bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
