main-post-cover

    Walmart, TikTok-un ABŞ-da alınması üzrə Microsoft ilə partnyorluq razılaşması bağlayıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    28.08.2020
    Farid Pardashunas
        ABŞ-ın mağazalar şəbəkəsi olan Walmart təsdiqləyib ki, o, TikTok-un ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya bizneslərinin alınması üzrə Microsoft ilə partnyorluq razılaşmasını əldə edib. Bu barədə CNBC saytı xəbər verib. Walmart, TikTok-un əldə olunacağı halında ondan necə istifadə edəcəyi barəsində məlumat verməyib. Lakin o qeyd edib ki, bu cür müqavilə istifadəçilər üçün üstünlük olacaq.
        “Biz düşünürük ki, Microsoft ilə partnyorluq çərçivəsində TikTok-un ABŞ-da əldə olunması üzrə potensial müqavilə yeni müştəriləri cəlb etməyə, və reklam biznesini genişləndirməyə imkan verəcək” - deyə Walmart təmsilçiləri bildiriblər. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən TikTok artıq yaxın zamanda öz bizneslərinin satılması üzrə müqaviləni bağlaya bilər. Lakin məlumatlarda qeyd olunub ki, servis hansı ABŞ şirkətinə üstünlük verəcəyi üzrə hələ bir seçim etməyib.
        Sözügedən potensial müqavilənin dəyəri 20-30 milyard dollar ola bilər. Qeyd etmək lazımdır ki, Twitter ilə Oracle şirkətləri də TikTok-un ABŞ biznesinin əldə olunması üzrə danışıqlar aparırlar. Bir sıra mənbələr qeyd ediblər ki, Oracle şirkəti servisin ABŞ biznesinin əldə olunması üçün 20 milyard dollar təklif edib. Həmin məbləğin 10 milyardı səhmlər şəklində, digər 10 milyardı isə nağd pul şəklində təklif edilib. Bundan əlavə olaraq Oracle servisdən olacaq gəlirin 50%-ni ByteDance şirkətinə verməyə hazırdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər