WoWoman ən böyük layihəsinə start verir

WoWoman ən böyük layihəsinə start verir

29.08.2017 PAYLAŞIM

WoWoman xanımların inkişaf platforması ABŞ səfirliyinin dəstəyi ilə "WoWoman in Me" adlı layihəsinə start verir.

10 moduldan ibarət proqram xanımlarda kommunikasiya və idarəçilik bacarığını artırmaq, proaktiv düşüncə tərzini aşılamaq, sahibkar ruhunu aşkara çıxarmaq məqsədi ilə yaradılıb və iştirakçıların fərdi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir.

"WoWoman in Me" proqramında xəyallarını və hədəflərini gerçəkləşdirmək üçün yeni bilik və bacarıqlar öyrənmək istəyən tələbələr və genc peşəkar xanımlar iştirak edə bilər.WoWoman platformasının əksər layihələri kimi, bu proqram da tamamən ödənişsiz olacaq.


Bu proqram WoWoman platformanın təsisçisi Zara Hüseynovanın şəxsi və peşəkar təcrübəsinə, onun Harvard, MIT, Stanford və digər universitetlərdə iştirak etdiyi konfranslarda və traininglərdə əldə etdiyi biliklərə, TED çıxışına və AIESEC təcrübəsinə əsaslanaraq hazırlanmışdır.



Sentyabr və oktyabr aylarında keçiriləcək 10 modul başa çatdıqdan sonra növbəti 3 ay ərzində xanımlar fərdi mentorların nəzarəti ilə öyrəndiklərini tətbiq edəcəklər. Mentorlar arasında Microsoft şirkətinin regional direktoru Sərxan Həşimov, tanınmış təlimçi Şəms Mustafayeva, Oracle üzrə ekspert Kamran Ağayev, PASHA Bankın kommunikasiyalar üzrə meneceri Ceyhun Atayev, Barama İnnovasiyalar Mərkəzinin direktoru İmran Bağırov və digər tanınmış 25 peşəkarı qeyd etmək olar.

Müraciət üçün son tarix 5 sentyabrdır. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: wowoman.az

Qeyd edək ki, WoWoman xanımların inkişafı üçün 2.5 il öncə yaradılmış platformadır və artıq 6500 xanımın iştirakı ilə müxtəlif sahələr üzrə layihələr və proqramlar həyata keçirib. Həmin layihələr arasında Tech-Tech Xanım – İnformasiya Texnologiyaları sahəsini öyrənmək istəyən xanımlar üçün proqramlar, WoWenture – xanımlar üçün sahibkarlıq proqramı, HR Academy, Digital Marketing Academy və s. xüsusi vurğulamaq olar.

Facebook qrupu vasitəsilə WoWoman artıq fəaliyyətinin bir hissəsini online davam etdirir, bu isə regionlarda yaşayan və tədbirlərdə iştirak edə bilməyən xanımların özünü inkişaf etdirməsi üçün təkan verir. Qrup vasitəsilə iştirakçılar təhsil, karyera, fərdi inkişaf mövzularında öz təcrübələrini bölüşür və bir-birlərinə dəstək olurlar. Qrupun linki: https://www.facebook.com/groups/711082735656092/?fref=nf


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×