main-post-cover

    Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keçirdib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.09.2021
    Farid Pardashunas
        Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keçirdib. Məlumata əsasən Xiaomi-nin elektromobil istehsalı ilə məşğul olacaq şöbəsi artıq aktiv inkişaf mərhələsinə keçid edib. Beləliklə yeni şirkət Xiaomi EV Inc. adını əldə edib. Onun ilkin büdcəsi isə 1.55 milyard dollar təşkil edir.
        Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi rəsmi şəkildə elan etmişdi ki, o, elektriklə çalışan nəqliyyat istehsalına növbəti 10 il ərzində 10 milyard dollar investisiya yatırmağı planlaşdırır. Xiaomi-nin məlumatına əsasən şirkətin bu sahəsi ilə məşğul olan filialında artıq 300 əməkdaş çalışır. Bununla yanaşı Xiaomi-nin elektromobil şöbəsinə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun rəhbərlik edir.
        Xiaomi onu da qeyd edib ki, elektromobillər ilə məşğul olan şöbə son 5 ay ərzində istifadəçi auditoriyası üzrə irimiqyaslı araşdırma aparıb və bu sahədə çalışan təmsilçilər ilə partnyorluq razılaşmaları əldə edib. Buna baxmayaraq Xiaomi hələ elektromobil və ya elektromobil prototipi təqdim etməyə hazır deyil. Qeyd etmək lazımdır ki, Çinin elektromobil bazarında artıq Nio Xpeng kimi yerli nəhənglər mövcuddurlar. Həmçinin Tesla şirkəti də Çinin elektromobil bazarında müəyyən bazar payına sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər