main-post-cover

    Xiaomi növbəti 3 il ərzində smartfon bazarının lideri olmağı hədəfləyib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.11.2021
    Emil Nəcəfov
        ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti smartfon bazarında öz mövqeyini itirməyə başlayandan sonra Çindən olan digər smartfon istehsalçısı onun yerini tutdu. Söhbət, Xiaomi-dən gedir. Bununla belə şirkət çox iddialı planlara sahibdir. Belə ki, o öz rəqiblərini geridə qoyaraq smartfon bazarının liderinə çevrilməyi hədəfləyib. Xiaomi Group China-nın baş vitse-prezidenti və Redmi brendinin CEO-su vəzifəsində çalışan Lu Weibing bir neçə gün əvvəl mühasibələrindən birində qeyd etmişdi ki, şirkətin əsas məqsədi növbəti 3 il ərzində smartfon bazarında nömrə bir olmaqdır. Bunun üçün şirkət yaxın 3 il ərzində Çində 30.000 ədəd pərakəndə satış mağazasına sahib olmağı hədəfləyib. Hal hazırda isə şirkət 10.000 ədəd pərakəndə satış mağazasına sahibdir.
        Şirkət online satışlara üstünlük verərək pərakəndə satış məsələsində öz rəqiblərindən geridə qalır. Smartfon bazarının liderinə çevrilmək üçün Xiaomi öz əsas rəqiblərini geridə qoymalıdır. Söhbət, Apple Samsung şirkətlərindən gedir. Artıq bir neçə müddətdir ki, Xiaomi artıq Apple ilə rəqabət aparır və hətta müəyyən müddət ərzində onu geridə qoyaraq smartfon bazarının ikinci ən böyük şirkətinə çevrilməyi bacarmışdı. Lakin ən böyük problem məhz Samsung ilə bağlıdır. Belə ki, bu şirkət artıq uzun illərdir ki, smartfon bazarının lideri statusunu qoruyub saxlayır. Qeyd etmək lazımdır ki, Xiaomi tərəfindən 2024-cü ilə planlaşdırılan lider şirkət statusundan əlavə olaraq həmçinin həmin ildə şirkətin ilk elektromobilinin irimiqyaslı istehsalı da reallaşdırılmalıdır.
    Linki kopyala