main-post-cover

    Xiaomi özünün Black Shark brendini sata bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.01.2022
    Farid Pardashunas
        Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi özünün Black Shark smartfon brendini sata bilər. Qeyd etmək lazımdır ki, şirkət sözügedən brend altında gamerlər üçün nəzərdə tutulmuş smartfonların istehsalı ilə məşğuldur. Xiaomi Black Shark brendinin ilk smartfonlarını 2018-ci ildə təqdim etmişdi. Brendin özü isə ilk smartfonların təqdimatlarından 1 il öncə yaradılmışdı. Hal hazırda Black Shark brendinin son smartfonları Black Shark 4S Black Shark 4S Pro modelləridir. Black Shark 4S modeli Snapdragon 888, Black Shark 4S Pro modeli isə Snapdragon 888+ prosessoru ilə təchiz olunur.
        Məlumata əsasən Xiaomi-nin Black Shark brendini Çinin Tencent şirkəti almaq istəyir. Bu şirkət Çinin ən böyük şirkətlərindən biridir və əsasən rəqəmsal əyləncə kontenti ilə oyunların hazırlanmasını reallaşdırır. Onu da qeyd etmək lazımdır ki, Çində çox məşhur olan WeChat messenceri ilə Qzone adlı sosial şəbəkə də Tencent şirkətinə məxsusdur. Vaxtı ikən Tencent şirkəti Black Shark smartfon seriyasının hazırlanmasında bilavasitə iştirak etmişdi. Black Shark brendinin alınması halında Tencent ümumiyyətlə bu brend altında smartfon istehsalından imtina edə bilər. Belə ki, şirkət sözügedən brend altında VR cihazların istehalını planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər