
Xiaomi şirkəti ABŞ hökumətinə qarşı qaldırmış olduğu məhkəmə iddiasında qismən qalib gəlib
Startup və Biznes
15.03.2021
Emil
Öz hakimiyyət dövrünün son günlərində Donald Trump administrasiyası Xiaomi-ni Çinin hərbi orqanları ilə potensial əlaqəli olan şirkətlər siyahısına daxil etmişdi. Bu isə bir sıra maliyyə problemlərinə gətirib çıxaracaqdı. Belə ki, şirkətə qarşı təyin edilmiş sanksiyalar səbəbilə amerikalı investorlar Xiaomi-yə investisiya yatıra bilməyəcəkdilər. Lakin Xiaomi öz yolundan dönmədi və ABŞ hökumətini məhkəməyə verdi. Bir neçə gün bundan öncə isə məlum oldu ki, ABŞ-ın rayon hakimi olan Rudolph Contreras Xiaomi-nin tərəfini tutaraq ölkənin Müdafiə Nazirliyinə Xiaomi-yə ABŞ-dan investisiyaları məhdudlaşdırmağı qadağan edib.
Bu barədə Bloomberg saytı xəbər verib. Verilmiş qərar müddətli olsa da hakimin sözlərinə əsasən Xiaomi çox güman ki, bu məsələdə qalib gələcək və dövlət tərəfindən təyin edilmiş məhdudiyyəti tamamilə aradan qaldıracaq. Xiaomi-nin məhkəmə iddiasında qeyd edilib ki, Trump administrasiyasının qərarı özbaşına olub və şıltaqlıq xarakteri daşıyıb. Bundan əlavə olaraq həmin qərar şirkətin qanuni prosesləri reallaşdırma hüquqlarını pozub. Məhkəmə isə Xiaomi-nin iddiasını dəstəkləyib və bildirib ki, bu məsələdə milli təhlükəsizliyin ciddi maraqlarının iştirak etməsinə şübhə ilə yanaşır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
