drzeka zeka kartları

'Yandex Taxi', 'Uber'lə əməkdaşlıq müqaviləsi imzaladı. Hədəf bazarlar arasında Azərbaycan var

13.07.2017 0 PAYLAŞIM 661 OXUNMA

“Yandex”, “Uber” ilə birlikdə əməkdaşlıq müqaviləsi imzalayıb.

Belə ki, “Yandex”, “Uber” ilə Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Belorusiya, Gürcüstan və Qazaxstanda online taksi sifarişi servisi ilə biznesin birləşdirilməsi üzrə müqavilə bağlayıb.

Yandex Taksi sevisinin CEO-su Tiqran Xudaverdyanın sözlərinə əsasən hər iki servisin birləşməsindən sonra müştərilər üçün hələ də hər iki tətbiq (Yandex Taksi və Uber) aktiv olaraq qalacaq. Sürücülərin bazası isə vahid bir platformada yerləşəcək. Nəticədə sürücülər hər iki tətbiq vasitəsilə edilmiş sifarişləri qəbul edə biləcəklər. Qeyd olunub ki, sürücülər sifarişlərin paylanması alqoritmi və “Yandex”a məxsus kartoqrafik naviqasiya texnologiyası vasitəsilə çalışacaqlar. Bundan əlavə olaraq istifadəçilər üçün xüsusi rouminq xidməti də aktiv olacaq.

Məsələn, hansısa turist Londonda olan zaman o, Yandex Taksi vasitəsilə Uber taksisini, Parisdə olan zaman isə Uber vasitəsilə Yandex Taksi avtomobilini sifariş edə biləcək” – deyə Tiqran Xudaverdyan bildirib. Bundan əlavə olaraq bu vahid platformaya hər iki şirkət tərəfindən ümumilikdə 325 milyon dollar investisiya yatırılması qərarı qəbul edilib. Beləliklə platformanın 59.3%-i, “Yandex” şirkətinin, 36.6%-i, “Uber” şirkətinin, yerdə qalan 4.1%-i isə platformanın öz əməkdaşlarının payına düşəcək. 

''Techcrunch''da yayımlanan bu xəbər özlüyündə bir sıra müzakirəli məsələləri ortaya atır. Bir müddət əvvəl Bakıya "Yandex Lemon Taxi"nin gətiriləcəyi ilə bağlı söz söhbətlər sosial mediada tənqid atəşinə tutuldu. "Yandex Taxi" rəhbərinin erməni olması ölkə ictimaiyyəti tərəfindən normal qarşılanmadı və mediada yayılan xəbərlər qısa zamanda "Yandex Lemon Taxi"nin facebookda Azərbaycan üçün açdığı səhifəsinin fəaliyyətinin müvəqqəti dayandırılmasına gətirib çıxardı. Yayımlanan yeni xəbərdə isə Azərbaycan hədəf region olaraq göstərilib. Ölkəmizdə hələ ki, fəaliyyəti olmayan bu taksi brendinin "Uber"lə necə əməkdaşlıq edəcəyi müəmmalı olaraq qalır.