
Yer kürəsinin peykində ilk reklam bannerini şirkət 2020-ci ildə quraşdırmağı planlaşdırır.
Tokiodan olan Ispace.Inc adlı startap Yaponiyanın böyük şirkətlərindən ümumilikdə 10.2 milyard yen (90 milyon dollar) investisiya cəlb etdiyini bildirib. İnvestisiya yatırmış şirkətlər arasında “Japan Airlines” və “Tokyo Broadcasting System Holdings” kimi böyük şirkətlər var. Bundan əlavə olaraq bu layihə dövlət strukturlarının dəstəyini də alıb. Bloomberg saytının məlumatına əsasən əldə olunmuş vəsaitlər sayəsində şirkət 2019-cu ildə Ayın orbitinə aparat göndərməyi, 2020-ci ildə isə həmin aparatı Ayın səthinə endirməyi planlaşdırır.
Şirkətin əsas məqsədi Ay iqtisadiyyatının və ilk növbədə marketinqin inkişafıdır. İlk mərhələdə
şirkət öz kosmik aparatlarının üzərinə reklam loqolarını yerləşdirməsini və
kosmosda videoçəkilişlərin aparılmasını planlaşdırır. Daha sonra həmin çəkilmiş
videolar reklam şirkətlərinə satılacaq. Şirkətin CEO-su Takeshi Hakamada-nın
sözlərinə əsasən kosmik aparatın Ayın səthinə uğurlu enişi nəticəsində şirkət hətta
Ayda reklam bannerlərinin yerləşdirilməsini də təklif edə biləcək. Onun fikrincə
Yer kürəsinin fonunda reklam bannerinə sahib olmağı bir çox şirkətlər istəyəcək.
Şərh yoxdur