Logo
    main-post-cover

    Yaponiyanın 6 perspektivli startapı

    Startup və Biznes
    10.07.2017
    Emil
    Keçən həftə Yaponiyada bir sıra startaplar investisiya aldılar. Həmin startaplardan ən maraqlılarını sizlərə təqdim edirik.
    Floadia:

    Floadia, yaddaşın proqram təminatı üçün yeni optimallaşdırılmış sxem yaratmaq ilə məşğuldur. Bu startap, sifarişçinin spesifikasiyalarına əsasən yaddaş üçün proqram təminatı hazırlayır və müştərilər üçün layihələrin lisenziyalaşdırma işlərini görür. Daha sonra müştərilər həmin layihələr üzrə müəyyən məhsulu ya özləri, yada üçüncü tərəf sayəsində istehsal edirlər. Keçən həftənin çərşənbə günü, 9 investordan ibarət qrup, 14 milyon dollardan bir qədər çox vəsaitlə B investisiya raundunu yekunlaşdırdı.
    Aperza:
    Aperza, emal sahəsində fəaliyyət göstərən Aperza və Cluez adlı iki veb servisi idarə edir. Cluez, şirkətlərə, istehsalat materialları kataloqları haqqında qiymət göstəricisi, keyfiyyət və topdan satışı ilə məşğul olan şəxs haqqında məlumatları təqdim edərək onların yüklənməsinı və baxılmasını təmin edir. 2016-cı ildə Cluez özünün Tayvan versiyasını istifadəyə verərək Çinin “Gongkong” şirkəti ilə strateji əməkdaşlığa başladı. Belələiklə o öz xidmətlərini çinli istehsalçılara təqdim etdi. Aperza-nın eyniadlı servisi isə istehsalat detalları və materialların qiymət ilə keyfiyyətlərinin müqayisəsi xidmətini təklif edir. Aperza-nın planlarına əsasən gələcəkdə servisin saytı vasitəsilə istifadəçilər alış-veriş edə biləcəklər. Keçən həftənin əvvəlində sözügedən startap, 5.3 milyon dollar investisiya almışdı.
    Future Standart:

    Keçən həftə Scorer adlı platformanın yaradıcısı olan Future Standart, 1.8 milyon dollar investisiya cəlb etdi. Scorer, videoanaliz servislərinin və tətbiqlərinin hazırlanma prosesini sadələşdirən platformadır. Scorer bir neçə paketi özündə birləşdirir. Buna misal olaraq üz skanının proqram təminatını və yaş təyini tətbiqini gətirmək olar. Future Standart-ın CEO-su Satoshi Toriumi bildirib ki, istifadəçilər proqram təminatı vasitəsilə üz tanıma üzrə baza tətbiqini 15 dəqiqəyə hazırlaya bilərlər.
    Orb:

    Orb, blockchain texnologiyasından istifadə edərək özəl tranzaksiyaların reallaşdırılması və bu yolda təhlükəsizliyi təmin etmək üçün çalışır. Orb DLT sistemi, istifadəçilərə desentralizasiya olunmuş şəbəkə tərəfindən yoxlanılan tranzaksiyaların reallaşdırılması imkanını verir. Bu isə pul vəsaitlərinin tamamilə transkripsiya olunmasını və təhlükəsizliyi tam şəkildə təmin olunmasını mümkün edir. Keçən həftə sözügedən startap, 1.3 milyon dollar investisiya aldı.
    Concore’s:

    Photoruction by Concore’s, memarlar, tikinti briqadaları və torpaq mülkiyyətçiləri üçün nəzərdə tutulmuş tətbiqdir. Bu tətbiq, sözügedən qrup insanlara tikinti ilə bağlı çertyoj və fotoları əldə etməyi və paylaşmağı mümkün edir. Tətbiqin ticarət nöqtələri, tikinti ilə bağlı bir sıra özəllikləri özündə birləşdirir. Keçən həftə bu startap, 900.000 dollar investisiya aldı.
    Pocket Menu:
    Pocket Menu, Yaponiyada elit restoranlar haqqında qeydlər aparan tətbiqdir. Tətbiq həmçinin dizayndan tutmuş ən kiçik xırdalıqlara kimi restoranlar barədə məlumatlara sahibdir. O hal hazırda yapon və ingilis dillərində fəaliyyət göstərir. Keçən həftə Pocket Menu, investisiya aldı. Lakin investisiyanın tam həcmi barəsində rəsmi məlumat verilməyib.
    Paylaş
    Bənzər xəbərlər