main-post-cover

    Yenilənmələri istifadəçinin təsdiqinə buraxan ilk yerli platforma

    28.11.2017
    Farid Pardashunas
        Sayt yaratma sistemi olan yerli startap Owbike yaxın günlərdə maraqlı bir yenilənmə buraxdığını elan etdi. Sistemdə sayca 4-cü yenilənmə olan 0.2.0 versiyasından etibarən artıq Owbike saytlarında texniki yenilənmələr yalnız sayt sahiblərinin təsdiqindən sonra gerçəkləşəcəkdir.
        Bənzər sayt yaratma sistemlərin çoxunda saytlar bir ümumi baza və fayl strukturu ilə işlədiyinə görə sistem yenilənmələri istifadəçinin razılığını istəmədən avtomatik şəkildə bu bazaya yüklənilir və beləliklə saytlara yeniliklər tətbiq olunur. Daha aydın izah etmək üçün nümunə olaraq facebook saytına nəzər yetirə bilərik. Sosial şəbəkədə hər kəsin profili ayrıdır. Bu profillərdə kontent müxtəlif olsa da bütün profil səhifələri eyni dizayna sahibdirlər və bu profillər bir sistemdə olduqları üçün facebook hər hansı yenilik etdikdə bu yenilik bütün profillərə eyni anda təsir edir.
        Owbike komandasının təqdim etdiyi sistemdə bütün saytların bir-birindən ayrı şəkildə çalışdığını nəzərə alsaq, sayt sahibləri - özləri yenilikləri təsdiq edib yükləyə biləcəklər. Bu halda isə müqaisə üçün istifadə etdiyiniz Əməliyyat Sistemlərinə nəzər yetirə bilərik. Məsələn: Windows istifadə edilən kompüterlərdə yüklənilmiş sistem bir nüsxədir. Və heç bir kompüterin digər kompüter ilə ümumi bağlılığı yoxdur. Ona görədə Windows-a yenilik gəldikdə hər istifadəçi özü öz kompüterində sistemini yeniləyir. Bu cür struktur ilə işləyən Owbike, bununla sistemin bir çox analoqları ilə müqaisədə daha təhlükəsizdir. Çünki, bu yön ilə yenilənməyən analoqlarda bir sayta hücüm olunduqda eyni anda sistemə aid bütün saytlar zərər görmüş olur. Owbike-da isə saytlar müstəqil şəkildə işlədiyinə görə əgər hər hansı sayta hücüm olarsa təhlükə lokallaşmış olar və zərər yalnız bir sayta təsir edər. Təhlükəsizlikdən başqa Owbike-ın bu cür işləmə mexanizmi saytları daha optimal işləməyə və məhz sahiblərinin seçdikləri yöndə inkişaf etməsinə imkan yaradır. Digər sistemlərdə isə saytlar bir ümumi sistemdən asılı olduqları üçün inkişaf yalnız bir yöndə olur, və bu yön sayt sahiblərinin plan və istəkləri ilə üst-üstə düşməyə bilər.
        Qeyd etməliyik ki, Owbike hazırda Beta versiyasında işləyir. Sistemi sınaqdan keçirmək üçün owbike.com-a daxil olub, emailinizi müvafiq sahəyə daxil edib beta məlumatları əldə etməlisiniz. Ondan sonra emailinizə gəlmiş məlumatlardan istifadə edərək müvafiq linkdən daxil olub formanı dolduraraq öz saytınızı yarada bilərsiniz. Layihə hələki beta versiyasında olduğu üçün qeydiyyat prosesi yuxarıda qeyd olunduğu kimi bir az qəlizləşdirilib. Yaxın zamananlarda reliz versiya təqdim olunacaq və proses daha da asanlaşdırılacaqdır.

    Linki kopyala