Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi

Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi

01.03.2019 PAYLAŞIM

    Yerli futbol menecer oyunu Eleven Kings Fevralın 28-i "pre-seed" mərhələdə 50.000 dollar investisiya cəlb edib. Startapın qurucusu Orxan Rzayev faktı təsdiqləyib.

    İnvestorun yerli bir sahibkar olduğunu qeyd etsə də, kimliyi barədə məlumat verməyib. Orxan Rzayev fevral ayı ərzində ABŞ-ın Kaliforniya ştatında səfərdə olub. O müxtəlif startap tədbirlərində Eleven Kings oyununun təqdimatını həyata keçirib, investorlarla görüşüb, seed mərhələ üçün investisiya imkanlarını müzakirə edib.

    Xatırladaq ki, Eleven Kings ötən ilin avqustunda da "pre-seed" mərhələdə 20 min dollar investisiya cəlb etmişdi. Eleven Kings, futbol menecer oyunudur. Təsisçilərin sözlərinə görə onlar qlobal oyun brendi yaratmağı hədəfləyiblər.

    İstifadəyə verilməsindən bir ay keçməsinə baxmayaraq artıq oyuna maraq kifayət qədərdir. Platformada 150-dən çox ölkədən qeydiyyatlı istifadəçi var.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Müştəri loyallığını təmin edən yerli avtomatlaşdırılmış platforma bazara təqdim ..

Biznesdə rəqabətin yüksək yaşandığı bir dövrdə, şirkət üçün müştəri qazanmağın və müştərini itirməyi..