main-post-cover

    Yerli startap 'Buglance' 4-cü yatırım turunda 'Softmills'dən investisiya cəlb etdi

    05.01.2018
    Farid Pardashunas
        Toğrul Səməd-in rəhbərlik etdiyi "Buglance" startapı 4-cü dəfə investisiya alıb. Əldə etdiyimiz məlumatlara əsasən 4-cu yatırım turunda Dubay mərkəzli şirkət Softmills işitrak edib. Bu "Softmills"in, "Buglance"a olan sayca ikinci investisiyasıdır. Qeyd edək ki, adı çəkilən şirkət bundan öncəki turda da iştirak etmişdi. Edilən investisiyanın miqdarı isə hələlik açıqlanmır.
        Dubay mərkəzli yerli startap "Buglance", ilk investisiyanı hələ ideya mərhələsindən almışdı. Əlavə olaraq qeyd edək ki, şirkət Dubayda rəsmi olaraq fəaliyyət göstərir. Fevral ayında layihənin hazırlanması prosesi başlanıb və  bugünə qədər 10.000-dən çox "tester" yaradılmış həlldən istifadə edib.
        "Buglance" - Android və iOS əməliyyat sistemləri üçün hazırlanmış tətbiqləri test etmək üçün platformadır. Bu platformanın köməyi ilə qeydiyyatdan keçmiş "tester"lər ( xəta axtaran şəxslər ) sizin hazırladığınız tətbiqi kobud dildə desək yoxlayır. Nəticədə, siz tapılmış hər xətaya görə, "tester"ə pul ödəyirsiniz. Beləliklə, həm zamanınıza həm də büdcənizə qənaət etmiş olursunuz.
         Eyni zamanda siz platformada "tester" olaraq qeydiyyatdan keçib, şirkətlərin təqdim etdiyi tətbiqləri analiz edə bilərsiniz. Bu sizə tapdığınız hər xırda xətaya görəyə pul qazanmaq imkanı yaradır. Hal hazırda Android platforması üçün təqdim olunan "Buglance"-ın 10.363 "tester"i var. 2406 ədəd isə xəta tapılıb. Tezliklə iOS platforması üçün də təqdimatı gözlənilən tətbiq, xətanın növündən asılı olaraq sizə ödəniş təklif edir.
    Qısacası bu platforma tətbiq istehsalçıları ilə "tester"lər arasında bir "vasitəçi" rolunu oynayır. 
    Linki kopyala