Yerli startap 'Maliyya' ilk yatırım turunda 1.3 milyon dollar investisiya yüksəltdi

Yerli startap 'Maliyya' ilk yatırım turunda 1.3 milyon dollar investisiya yüksəltdi

06.03.2018 PAYLAŞIM

    Şəxsdən - şəxsə kreditləşmə və borc platforması olan Maliyya ilk investisiya turunda toxum yatırım olaraq 1.3 milyon dollarıq vəsait cəlb etməyi bacarıb. Yatırım xüsusi investisiya fondu olan Britaniya mərkəzli Ground1 Ventures tərəfindən həyata keçirilib.

    Qeyd edək ki, Maliyya startapı hələ keçən il Dubayda yerləşən və fintech sahəsində olduqca populyar bir akselerator olan Fintech Hive -a qəbul olmuşdu. Ramil Məhərrəmov Cəfər Babayev tərəfindən təsis edilən "Maliyya" startapı əsasən Şimali Afrika, Asiya Regionu və Yaxın Şərqi hədəfləyir.    Yerli təşəbbüskarlar tərəfindən təsis edilən "Maliyya" P2P (peer to peer/şəxdən - şəxsə) prinsipinə əsaslanan investorlarla, borcalanları bir araya gətirən və maliyyə xidmətləri sahəsində inqilab etməyi planlaşdıran startapdır.


    Maliyya startapı Ramil Məhərrəmov və Cəfər Babayev tərəfindən təsis edilmişdir. Hər iki təsisçi ABŞ və Avropanın aparıcı biznes məktəblərində təhsil almışlar. Onların mencement konsaltinq, investisiyaların idarəedilməsi, hüquqi məsləhət, İslam Bankçılığı, strateji idarəetmə və biznesin inkişafı üzrə 30 ildən çox təcrübələri vardır.

    Məlumata görə Maliyya qeyd olunmuş vəsaiti əsasən məhsulun təkmilləşdirilməsi, texnologiyaların inkişafına və komandanın böyüdülməsinə sərf edəcək. Şirkətə yeni cəlb olunmuş əməkdaşlardan biri də Avropa, Asiya və Afrika maliyyə müəssisələrində bank texnologiyaları üzrə 30 ildən çox əməliyyat təcrübəsi olan Rizwan Warsi -dir. O, şirkətdə CTO vəzifəsini icra edəcək. 

    Maliyya -ya dəstək verən şəxslərdən biri də Ground1 Ventures şirkətinin əsas məsləhətçisi Gerry McGowan olacaq. Gerry McGowan dövlət sektorunda eyni zamanda çoxmillətli hökümət təşkilatları ilə texnologiya sahəsində fəaliyyətində 20 ildən artıq bir təcrübəyə sahibdir. Onun bilik və investisiya siyasəti nəticəsində Maliyya regiondakı strategiyasını genişləndirəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×