main-post-cover

    Yerli startap 'Paymes', 'Webrazzi Ödülleri 2017'də nominantlar arasındadır

    05.01.2018
    Farid Pardashunas
        "Seedstarts Turkiyə" yarışının 2017-ci il qalibi olan "Paymes" "Webrazzi ödülleri 2017" yarışının "Fintech" kateqoriyası üzrə nominantlar sırasına girməyi bacarıb. Seçilmiş 10 nominant arasında "Paymes" kifayət qədər iddialıdır. Lakin rəqiblərə nəzər saldıqda, startapımızın işinin o qədər də asan olmayacağı görünür. Rəqiblər arasında "iyzico, "BKM Express", "PayU" kimi şirkətlər var. Hər bir səsin böyük əhəmiyyət kəsb etdiyi bu seçimdə siz də yerli startapımıza dəstək olmaq istəyirsinizsə, bu adresə keçid edib, qeydiyyatdan keçməlisiniz.
        "Fintech" (maliyyə texnologiyaları startapları) kateqoriyasında "Paymes"ə səs verərək dəstək ola bilərsiniz.
         İstifadəçilərinə mesajlaşma tətbiqləri üzərindən məhsul alışı ve satışı fürsəti verən "Paym.es", çatbot əsaslı bir e-ticarət və ödəmə sistemi olaraq fəaliyyət göstərir.
         Ötən aylarda Türkiyədə keçirilən "Seedstars" yarışmasının qalibi olan "Paymes" eyni zamanda bir StratersGUB XO layihəsidir. Həsən Cabbarov, Şehlem Akbulut Sabrican Zaim tərəfindən təsis edilən startapın hal-hazırda rəsmi olaraq Amerika və Türkiyə qeydiyyatı mövcuddur. Bazaryeri modeli ilə satıcı ilə alıcı arasında güvənli bir körpü yaradan "Paymes", satıcının məhsulunun alıcı tərəfə tam şəkildə çatdırılması təmin olunmadan satıcıya ödənişi ödəmir. Ətraflı məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz.

    "Paymes" haqqında ətraflı məlumatı bu məqaləmizdən oxuya bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər