Yerli startaplar üçün maliyyə dəstəyi də təmin edən inkubasiya proqramı başlayır

TEXNOLOGİYA


05.01.2018 0 PAYLAŞIM 1231 OXUNMA


    SUP Akselerasiya Mərkəzi ilə birləşdikdən sonra "Next Step" İnnovasiya Mərkəzi yeni ofisində növbəti inkubasiya proqramını elan edir. "AF Business" Mərkəzində yenilənmiş konsepti ilə fəaliyyətə başlayan mərkəz, növbəti proqramını bugün rəsmi olaraq anons edib.

    Qeydiyyat 22 Yanvar tarixinə qədər davam edəcək və seçilmiş startaplar üçün aşağıdakı xidmətlər təmin olunacaq

- 6 aylıq ofis ərazisi və ofislə bağlı bütün imkanlar

- SUP Akselerasiya mərkəzindən mentorluq və məsləhət xidməti

- Kompüter və digər köməkçi qurğular

- Hüquqi qeydiyyat və maliyyə məsləhətləri

- 6.000 manata qədər maliyyə dəstəyi

Startapların seçimi mərhələsində aşağıdakı meyarlara diqqət ediləcəkdir:

- Ətraflı "Pitch Deck"in təqdim olunması

- Layihənin formalaşmış komanda tərəfindən təqdim olunması

- Minumum işləyən modelin olması (MVP)

Layihənizi təqdim etmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.