2 ay öncə GMO donuz ürəyi transplantasiyasını keçirtmiş 57 yaşlı şəxs vəfat edib (VİDEO)

2 ay öncə GMO donuz ürəyi transplantasiyasını keçirtmiş 57 yaşlı şəxs vəfat edib (VİDEO)

Süni zəka və Elm
10.03.2022 PAYLAŞIM

    2 ay bunan öncə ABŞ-ın Merilend ştatının 57 yaşlı sakini David BennettGMO (genetik modifikasiya edilmiş orqanizm) donuz ürəyi transplantasiya edilmişdi. İndi isə məlum olub ki, 8 mart tarixində David Bennett Merilend Universitetinin tibbi mərkəzində vəfat edib. Qeyd etmək lazımdır ki, David Bennett GMO donuz ürəyi transplantasiyası prosesindən keçmiş ilk şəxs olub. Sözügedən əməliyyat 7 yanvar tarixində reallaşdırılmışdı. O bu addımı atmasaydı həyatını itirəcəkdi. Ona adi insan ürəyinin transplantasiyası mümkün deyildi. Bu cəhd edilsəydi də o, həyatını itirəcəkdi. Əməliyyatın reallaşdırılmasından sonra onun oğlu jurnalistlərə müsahibəsində bildirmişdi ki, əməliyyat sonrası 100%-lik uğurun əldə ediləcəyinə zəmanət yoxdur. Lakin buna baxmayaraq həkimlər bu işin öhdəsindən yüksək professionallıqla gəlmişdilər.

    GMO donuz ürəyi sayəsində 2 ay yaşamaq da tibb sahəsi üçün inqilabi haldır. Belə ki, bu məsələ ilə bağlı daha əvvəlki cəhdlərin hamısı uğursuz olub. Məsələ burasındadır ki, əvvəlki təcrübələrdə iştirak etmiş xəstələrin orqanizmləri heyvan ürəyini ani olaraq rədd ediblər. Bu dəfə həkimlər genləri redaktə edilmiş donuz ürəyindən istifadə ediblər. Bu proses çərçivəsində onlar donuz ürəyini təkmilləşdiriblər. Belə ki, onlar orqandan donuz genlərini çıxardıblar və ona insan genlərini əlavə ediblər. Bu ona görə edilib ki, orqanizm ani olaraq orqanı rədd etməsin və ona uyğunlaşa bilsin. Transplantasiya edilmiş donuz ürəyi ilkin mərhələlərdə normal fəaliyyət göstərirdi.


    Həkimlər tədricən məlumat verirdilər ki, Bennett yavaş-yavaş sağalma prosesindədir. Qeyd etmək lazımdır ki, 1984-cü ildə Kaliforniyadan olmuş Stephanie Fae adlı körpəyə babuin ürəyi transplantasiya edilmişdi və körpə həmin ürək ilə 21 gün yaşaya bilmişdi. David Bennett isə 2 ay yaşaya bildi. Keçən il ABŞ-da 41.000 transplantasiya əməliyyatı keçirilib və onlardan 3800-ü ürək transplantasiyasını əhatə edib. Bu isə rekord göstəricidir. Bununla belə 106.000-dən çox insan orqan transplantasiyası əməliyyatı növbəsində gözləyir. Hər il lazımi orqanın əldə edilməməsi səbəbilə minlərlə insan öz həyatını itirir. Minlərlə insan isə ümumiyyətlə gözləmə siyahısına əlavə edilmir. Belə ki, onların vəziyyətləri uzunmüddətli perspektiv kimi qiymətləndirilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər..

İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var...


Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qa..

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmaya..


Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən..

Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı ..


Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər..

Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni y..


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..

×