Logo
    main-post-cover

    2 milyard dollarlıq startapdan OpenAI-ya dönüş

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, keçmiş OpenAI texnologiya rəhbəri Mira Murati tərəfindən qurulan Thinking Machines Lab startapı qısa müddət ərzində mühüm kadr itkiləri ilə üzləşib. Şirkətin iki həmtəsisçisi OpenAI-a geri qayıdır.
    Mira Murati's AI Startup Makes First Hires, Including Former OpenAI  Executive | WIRED
        Murati çərşənbə günü X platformasında paylaşım edərək, startapın həmtəsisçisi və texniki direktoru Barret Zoph ilə yolların ayrıldığını açıqlayıb. Onun sözlərinə görə, Zoph-un yerinə texniki direktor vəzifəsinə Soumith Chintala təyin olunub. Murati Chintala-nı süni intellekt sahəsində on ildən artıq təcrübəsi olan və komanda üçün mühüm töhfələr vermiş lider kimi xarakterizə edib. Lakin bu açıqlamadan cəmi 1 saat sonra OpenAI-ın tətbiqlər üzrə baş direktoru Fidji Simo bildirib ki, Barret Zoph, həmçinin Thinking Machines-in digər həmtəsisçisi Luke Metz və tədqiqatçı Sam Schoenholz yenidən OpenAI komandasına qoşulublar.
        Qeyd edək ki, həm Metz, həm də Schoenholz daha əvvəl uzun illər OpenAI-da çalışıblar. Zoph isə OpenAI-da tədqiqat üzrə vitse-prezident vəzifəsini icra edib, bundan öncə isə altı il Google-da tədqiqatçı kimi fəaliyyət göstərib. Mira Murati 2024-cü ilin sentyabrında OpenAI-dan ayrıldıqdan sonra Zoph və Metz ilə birlikdə Thinking Machines Lab-ı təsis edib və şirkətin icraçı direktoru olub. Startap 2025-ci ilin iyulunda Andreessen Horowitz rəhbərliyi ilə keçirilən 2 milyard dollarlıq seed investisiya raundunu bağlayıb. Raundda Accel, Nvidia, AMD və Jane Street kimi iri investorlar iştirak edib və şirkət 12 milyard dollar dəyərində qiymətləndirilib.
    Paylaş