main-post-cover

    2018-ci ildə kosmosa göndərilmiş Tesla Roadster artıq 3 208 624 326 km məsafə qətt edib

    Süni İntellekt
    23.02.2022
    Emil Nəcəfov
        Tesla Roadster elektromobili artıq 5 ildir ki, kosmik məkanda səyahət edir. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti onu 6 fevral 2018-ci il tarixində Super Heavy ağır raketi vasitəsilə kosmosa göndərmişdi. WhereisRoadster adlı saytın verdiyi məlumata əsasən 5 il bundan öncə kosmosa göndərilmiş elektromobil artıq 3 208 624 326 km məsafə qətt edib. Elektromobil kosmik məkanda saatda 77.787 km sürətlə hərəkət edir. Elektromobilin zəmanət olunan yürüş göstəricisi artıq 55.000 dəfə üstələnib. Hal hazırda Tesla Roadster Mars planetinə yaxındır. Elektromobil Marsdan 310 milyon km, Yer kürəsindən 377.77 milyon km, Günəşdən isə 233.4 milyon km uzaqlıqdadır. Qeyd etmək lazımdır ki, keçən il Tesla Roadster Marsın yaxınlığından 8 milyon km məsafədə keçmişdi. Bu cür hadisə təkrar olaraq 2035-ci ildə baş verəcək.
    Linki kopyala