main-post-cover

    2018-ci ildə kosmosa göndərilmiş Tesla Roadster ilk dəfə Marsa yaxın məsafədən keçib

    Süni İntellekt
    11.10.2020
    Emil Nəcəfov
        Tesla Roadster artıq 2 ildir ki, Günəş sistemində dövr edir. Bir neçə müddət bundan öncə SpaceX şirkəti bildirmişdi ki, elektromobil Mars planetinə maksimal yaxınlıqdan keçib. Bu barədə 4pda saytı xəbər verib. 2018-ci ildə SpaceX şirkəti özünün Falcon Heavy adlı ağır raketin ilk uçuşunu reallaşdırmışdı. Elon Musk-ın planına əsasən həmin uçuş çərçivəsində Falcon Heavy raketi kosmosa Musk-ın Tesla Roadster elektromobilini göndərmişdi. Həmin vaxtdan istənilən şəxs Tesla Roadster-in kosmosun hansı hissəsində olduğunu xüsusi sayt vasitəsilə izləyə bilər.
        Bu həftə isə SpaceX şirkəti bildirib ki, elektromobil Mars planetinə ilk dəfə yaxın məsafədə yaxınlaşıb. Hal hazırda o, Marsdan 8 milyon kilometr, Yer kürəsindən isə 60 milyon kilometr uzaqlıqdadır. Kosmosda olan Tesla Roadster hər 557 gün Günəş ətrafında tam dövr edir. Kosmosa göndərildiyi vaxtdan indiyənə kimi elektromobil saatda 88.000 km sürətlə 2 milyard km-dən çox məsafə qətt edib. Bu isə Yer kürəsinin bütün yollarının 57 dəfə qətt edilməsinə bərabərdir.
    Linki kopyala