
2023-cü ilin ən vacib sözü təyin edilib
Süni İntellekt
18.12.2023
Emil
Demək olar 30 ildir ki, fəaliyyət göstərən Dictionary.com adlı online lüğət Kembric ingilis dili lüğətinə istinadən 2023-cü ilin əsas sözünü elan edib. Bu ilin elan edilmiş əsas sözü süni zəka texnologiyası ilə əlaqəlidir. Söhbət, “hallucinate” (hallüsinasiya) sözündən gedir. Mütəxəssislər bildiriblər ki, bu halda söz psixoloji sahədən götürülməyib. Bu, süni zəka sahəsi ilə bağlı olan termindir və o, süni zəka əsaslı çat-botun hər hansısa sorğuya yalan məlumatı təqdim etməsi halını əks etdirir.
Praktiki cəhətdən çat-bot zaman-zaman yalan məlumatları təqdim edir. Çat-bot müxtəlif səviyyəli etibarsızlığa (qəribə məlumatlardan tutmuş mənasız məlumatlara kimi) sahib cavabları təqdim etdikdə bu, hallüsinasiya adlanır. Süni zəkının son 1 ildə bu qədər ciddi şəkildə aktuallaşması bu sözün daha vacib olmasına səbəb oldu. Dictionary.com-un məlumatına əsasən 2023-cü ildə bu söz ilə bağlı olan axtarış sorğularının sayı 46% yüksəlib. Onun kütləvi informasiya vasitələri tərəfindən istifadə sayı isə 85% yüksəlib.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
