2026 üçün yeni proqnoz!
Süni İntellekt
08.01.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, son illər istehlakçı texnologiyalarına yatırımlar azalsa da, Premise Ventures-in tərəfdaşı Vanessa Larco hesab edir ki, 2026 istehlakçı texnologiyaları üçün dönüş ili olacaq.
Larco deyir ki, AI sahəsində investisiyalar əsasən korporativ (enterprise) müştərilərə yönəlib, çünki onlar böyük büdcələr və uzunmüddətli müqavilələr təklif edir. Amma bu sahədə real istifadə və tətbiq çox vaxt ləngiyir. Çünki şirkətlər AI-dan harada və necə istifadə edəcəklərini bilmirlər.
İstehlakçı məhsullarında isə vəziyyət fərqlidir. İnsanlar nə istədiklərini bilirlər və məhsul ehtiyaca cavab verirsə, onu dərhal və davamlı istifadə edirlər. Bu da startaplara product-market fit-in olub-olmadığını çox tez anlamağa imkan verir. Larco-ya görə, OpenAI ChatGPT vasitəsilə istehlakçı internetinin “əməliyyat sisteminə” çevrilmək istəyir. Lakin OpenAI real dünya aktivlərini və insan əsaslı marketplace-ləri idarə etmək istəmədiyi üçün, Airbnb, Expedia kimi platformalar üçün hələ də fürsətlər qalır.
O həmçinin xəbərdarlıq edir ki, əgər OpenAI gələcəkdə Apple və Android kimi platforma vergisi (məsələn, 30 % komissiya) tətbiq etsə, bu, istehlakçı texnologiyalarında yeni biznes modellərinin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, sosial mediada AI tərəfindən yaradılmış saxta videoların artması etibar problemini dərinləşdirir. Larco hesab edir ki, Meta artıq xəbər mənbəyi yox, daha çox əyləncə platformasına çevrilir.
Nəhayət, o düşünür ki, səs əsaslı AI köməkçiləri (xüsusilə ağıllı eynəklər və geyilə bilən texnologiyalarla birlikdə) 2026-da real mənada faydalı olacaq və ekran asılılığını azaldacaq.
Paylaş