main-post-cover

    22 yaşlı gənc ChatGPT tərəfindən tərtib edilən mətnləri təyin edə bilən GPTZero adlı tətbiq yaradıb

    Süni İntellekt
    15.01.2023
    Farid Pardashunas
        Prinston Universitetinin məzunu olan 22 yaşlı Edward Tian son zamanlar barəsində çox danışılan süni zəka əsaslı ChatGPT tərəfindən tərtib edilmiş mətnləri aşkar edən GPTZero adlı tətbiqi yaradıb. Onun fikrincə insanlar bu və ya digər mətnin real müəllifinin kim olduğunu bilməyi haqq edirlər. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti tərəfindən yaradılmış ChatGPT çat-botu təkcə adi mətnlərin tərtib edilməsində istifadə edilmir. Belə ki, bir neçə müddət bundan öncə məlum oldu ki, hackerlər sözügedən çat-bot vasitəsilə zərərli proqram təminatı kodlarının tərtib edilməsini reallaşdırırlar. 22 yaşlı Edward Tian isə süni zəka əsaslı bu çat-bota nəyin qarşılıq verəcəyini düşünməyə başladı. Nəticədə o, GPTZero adlı tətbiqi "Türinq testini" yaradıb.
        Məlumatda qeyd edilib ki, GPTZero adlı tətbiq insan tərəfindən yazılan mətnlərə xas olan iki özəlliyi təyin etməyə çalışır. Söhbət, qarışıqlıqimpulsivlikdən gedir. Qarışıqlıq özəlliyi mətnin qavranması qəlizliyini, impulsivlik isə cümlələrin uzunluqlarını təyin edir. İnsanlar adətən daha qəliz və irrasional şəkildə mətnlər yazırlar. Bundan əlavə olaraq süni zəka sistemlərindən fərqli olaraq insanların yazdıqları cümlələrin uzunluqları fərqlənir. Süni zəka sistemləri tərəfindən tərtib edilən cümlələrin uzunluqları isə təqribi olaraq eyni olurlar. Edward Tian tərəfindən yaradılmış GPTZero hələ ki, 100%-lik effektivlik sərgiləmir. Bununla belə 1 həftə ərzində onun tətbiqindən 30 000 nəfər insan artıq istifadə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər