Logo
    main-post-cover

    42 illik kompüterdə fotoların tərtibatı alqoritmi işə salınıb (VİDEO)

    Süni İntellekt
    13.05.2024
    Emil
         Commodore 64 adlı kompüter 1982-ci ilin avqust ayında satışa çıxmışdı. Nəticədə sözügedən kompüter tarixin ən çox satılmış kompüterlərindən birinə çevrildi. Məlum olub ki, keçən əsrə təsadüf etmiş bu kompüter hətta müasir süni zəka alqoritmlərinin öhdəsindən də gələ bilir. Təbii ki, bu mövzuda bəzi nüanslar da mövcuddur. Nicki Bild adlı həvəskar şəxs Commodore 64 üçün generativ süni zəka sistemi yaradıb. Yaradılmış generativ süni zəka sistemi 8x8 piksel keyfiyyətli fotoların tərtibatını reallaşdıra bilir.
         Lakin daha sonra həmin fotolar 64x64 piksel keyfiyyətinə konvertasiya olunur. Nəticədə məlum olub ki, müasir generativ süni zəka modelini həqiqətən də bu cür köhnə təchizatda işə salmaq mümkündür. Məlumata əsasən Commodore 64 üçün yaradılmış generativ süni zəka modeli bir fotonun tərtibatına 20 dəqiqə vaxt sərf edir. Bu kompüterin 42 yaşa sahib olduğunu nəzərə alsaq, bu heç də pis bir nəticə deyil. Qeyd etmək lazımdır ki, generativ süni zəka modeli Commodore 64 tərkibində çalışsa da onu işə salmaq üçün müasir kompüterdən istifadə etmək lazım gəlib.
    Paylaş