4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
Süni İntellekt
25.07.2024
Emil Nəcəfov
Generativ süni zəka sistemlərinin məşhurluqları fonunda videoların tərtibatı üçün nəzərdə tutulmuş artıq çoxlu sayda süni zəka sistemi mövcuddur. Onlara misal olaraq Luma AI, Sora və Haiper-i misal gətirmək olar. Mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran süni zəka sistemləri ilə tanınan Stability AI şirkəti süni zəka vasitəsilə video tərtibatı mövzusunda daha fərqli məhsulunu təqdim edib. Söhbət, Stable Video 4D adlı süni zəka modelindən gedir. Adından da bəlli olduğu kimi bu süni zəka modeli 4D formatlı videoların tərtibatı üçün nəzərdə tutulub. Bu yeni süni zəka modeli şirkətin artıq mövcud olan Stable Video Diffusion adlı digər süni zəka modelinə əsaslanır.
Stable Video Diffusion öz növbəsində fotoları videolara çevirməyə istiqamətlənib. Stable Video 4D isə əldə edilən videolardan 8 müxtəlif perspektivə sahib videolar yaradaraq bu konsepti inkişaf etdirir. 3D dedikdə adətən dərinliyə sahib foto və ya video anlaşılır. Lakin 4D bir çoxlarının düşündüyü kimi əlavə fəza əlavə etmir. Əslində 4D özündə eni, hündürlüyü, dərinliyi və zamanı birləşdirir. Bu o deməkdir ki, Stable Video 4D hərəkətdə olan 3D obyektləri müxtəlif baxış nöqtələrindən və müxtəlif zaman anlarında baxmağa imkan verir. Hal-hazırda Stable Video 4D sadə fona və bir obyektə sahib bir neçə saniyəlik videonu emal edə bilir. Bu süni zəka modelinin daha qəliz videoları emal etməsi üçün Stability AI şirkətinin tərtibatçıları onu təkmilləşdirməyi planlaşdırırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər.
Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta şirkəti hal-hazırda açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib. Söhbət, Llama 3.1-dən gedir.
Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib
Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib
Yaponiyanın 52 yaşlı vətəndaşı Chiharu Shimodo qeyri-adi evliliyi həyata keçirib.
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti hələ bir neçə müddət bundan öncə təqdim etmiş olduğu GPT-4o adlı süni zəka modelinin sadələşdirilmiş və əlçatan versiyasını təqdim edib.
Avropa Birliyi süni zəka ilə bağlı qanun layihəsini rəsmi şəkildə təsdiqləyib
Avropa Birliyi süni zəka ilə bağlı qanun layihəsini rəsmi şəkildə təsdiqləyib
Avropa Birliyi rəsmi şəkildə süni zəka üzrə qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi texnoloji şirkətlərin bu sahə üzrə tənzimlənmələrinə hədəflənmiş kompleksli qaydaları özündə birləşdirir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!