Logo
    main-post-cover

    4SİM müəssisələrdə süni intellekt əsaslı transformasiya üzrə icra mərhələsinə keçib

        Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” davam edir. Proqram çərçivəsində müəssisələrlə yol xəritələrinin icrasına dair görüşlərə başlanılıb.
        Technote.az xəbər verir ki, bu mərhələdə 4SİM və tərəfdaş qurumlar müəssisə rəhbərləri ilə fərdi görüşlər keçirir. Görüşlərdə icra planları və zaman çərçivələri müzakirə olunur.
        Müzakirələr zamanı rəqəmsal alətlərin tətbiqi əsas mövzulardan biri olub. Xüsusilə süni intellekt əsaslı texnologiyaların tətbiqi üzrə yol xəritələri diqqət mərkəzindədir.
        Proqrama cari ildə müxtəlif sahələri təmsil edən 15 yerli müəssisə qoşulub. Bu müəssisələr metallurgiya, qida sənayesi, ağır sənaye və pərakəndə satış sektorlarını əhatə edir.
        İlkin mərhələdə müəssisələrdə texnoloji və yaşıl diaqnostika aparılıb. Hər bir müəssisə üçün fərdiləşdirilmiş rəqəmsal transformasiya yol xəritələri hazırlanıb.
        Qeyd edək ki, proqram 2026–2029-cu illər üzrə rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində icra olunur. 2030-cu ilə qədər ümumilikdə 65 müəssisənin sənaye 4.0 transformasiyasına cəlb olunması planlaşdırılır.
    Paylaş