4SİM və BDU süni intellekt sahəsində əməkdaşlığa başlayıb
Süni İntellekt
07.05.2026
Farid
İqtisadiyyat Nazirliyi tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sənaye müəssisələrinin texnoloji transformasiyası istiqamətində tədbirlər davam etdirilir.
Technote.az xəbər verir ki, bu çərçivədə Bakı Dövlət Universiteti və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Sənəd elmi-tədqiqat fəaliyyətləri və qabaqcıl təcrübə mübadiləsini də əhatə edir.
Əməkdaşlıq çərçivəsində süni intellekt texnologiyalarının inkişaf etdirilməsi və innovativ həllərin hazırlanması planlaşdırılır. Beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan iqtisadiyyatına uyğunlaşdırılması da prioritet istiqamətlər sırasındadır.
Memorandumda insan kapitalının inkişafı və innovasiya yönümlü tərəfdaşlığın genişləndirilməsi məsələləri də əks olunub. Tələbələrin bilik və bacarıqlarının artırılması üçün birgə təşəbbüslər həyata keçiriləcək.
Sənəd çərçivəsində birgə tədqiqatlar, təhlillər və təcrübə mübadiləsi aparılacaq. Tərəflər süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət göstərəcəklər.
Paylaş