Logo
    main-post-cover

    5000 ədəd qalaktikanın 3D vizual videosu təqdim edilib (VİDEO)

        James Webb kosmik teleskopunun fəaliyyətinin 1 il tamam olması münasibətilə alimlər təqribi olaraq 5000 ədəd qalaktikanın 3D vizual videosunu təqdim ediblər. Təqdim edilmiş 3D vizual videodakı bütün qalaktikalar James Webb teleskopu vasitəsilə müşahidə edilib. Bu 3D vizual video kainat üzrə virtual uçuşu əks etdirir. Uçuşun sonunda isə alimlər elmə məlum ən qədim qalaktikanı sərgiləyiblər. Söhbət, Meysi (Maisie) adlı qalaktikadan gedir. Təqdim edilmiş videoda əks olunmuş qalaktikalar səmanın Naxırçı bürcü ilə Böyük Ayı bürcü arasında olan kosmik sahədə yerləşirlər.
        Hubble teleskopu həmin kosmik sahəni 20 il ərzində müşahidə edib və ümumilikdə 100 000 yeni qalaktikanı kəşf edib. Demək olardı ki, James Webb həmin qalaktikaları təkrar şəkildə kəşf edib. Lakin bu belə deyil. Məsələ burasındadır ki, Hubble tərəfindən əldə edilmiş fotolardakı ən uzaq qalaktikalar sadəcə nöqtə şəklində əks olunmuşdular. James Webb-in fotolarında isə həmin qalaktikaların bir sıra detallarını müşahidə etmək mümkündür. Başqa sözlə desək, Hubble meşəni göstərdiyi halda James Webb həmin meşənin içində nələrin olduqlarını çatdıra bildi.
        Daha öncə də dediyimiz kimi video hal hazırda elmə məlum ən uzaq məsafəli qalaktikanın sərgilənməsi ilə yekunlaşır. Söhbət, Meysi adlı qalaktikadan gedir. Təbii ki, böyük ehtimal ilə ondan da uzaq məsafədə yerləşən qalaktikalar mövcuddur. Lakin Meysi hal hazırda elmə məlum ən uzaq məsafəli qalaktikadır. Məlumata əsasən sözügedən qalaktika Böyük partlayışdan 390 milyon il sonra formalaşıb. Başqa sözlə desək, Meysi 13.4 milyard il bundan öncə formalaşıb.
    Paylaş
    Bənzər xəbərlər